Dani Alveş PSJ ilə müqavilə imzalayır

Dani Alveş PSJ ilə müqavilə imzalayır
XƏBƏR 12 İyul 2017 / 01:44 2830
-  A +

“Barselona” və “Yuventus”un sabiq müdafiəçisi Dani Alveş Parisə yollanıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu PSJ ilə müqavilə imzalayacaq. Tərəflər 2 illik müqavilə barədə razılığa gəliblər.

Tibbi müayinədən uğurla keçdikdən sonra sabah keçiriləcək mətbuat konfransında Dani Alveş PSJ formasında ictimaiyyət qarşısına çıxacaq.

Qeyd edək ki, Alveş hazırda azad agentdir.

Daha çox


Son xəbərlər