"Barselona" braziliyalı futbolçu alır

"Barselona" braziliyalı futbolçu alır
XƏBƏR 10 İyul 2017 / 16:36 4470
-  A +

“Barselona” heyətinə yeni oyunçu cəlb etməyə hazırlaşır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi “Palmeyras”ın yarımmüdafiəçisi Vitinyonu icarəyə götürəcək.

19 yaşlı futbolçu qarşıdakı mövsümü icarə əsasında “Barselona”da keçirəcək. "Barsa" mövsümün sonunda Vitinyonu birdəfəlik transfer etmək hüququna malik olacaq. Gənc futbolçunun hələlik “Barselona"nın B komandasında oynayacağı gözlənilir.

Qeyd edək ki, braziliyalı futbolçu "Palmeyras"ın yetirməsidir.

Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass