Tudor həmyerlisini “Qalatasaray”da görmək istəyir

Tudor həmyerlisini “Qalatasaray”da görmək istəyir
XƏBƏR 10 İyul 2017 / 01:45 5453
-  A +

“Napoli”nin müdafiəçisi İvan Strinçiç karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, “Qalatasaray” xorvat müdafiəçinin xidmətində maraqlıdı.

İstanbul klubunun baş məşqçisi İqor Tudor həmyerlisini sərəncamına görmək istəyir.   

“Napoli” “Roma”nın müdafiəçisi Mariu Ruini transfer etmək üzrədir. Onun gəlişindən sonra Strinçiçin əsas heyətdə yer almaq şansı azalacaq.

Bu səbəbdən də İvan Strinçiç də klubunu dəyişməyə razıdır.

Qeyd edək ki, keçidin 3 milyon avroya başa gələcəyi gözlənilir.

Son xəbərlər
topaz banner