“13 il bu barədə susmaq məcburiyyətindəydim” - Runi

“13 il bu barədə susmaq məcburiyyətindəydim” -  Runi
XƏBƏR 10 İyul 2017 / 01:29 6030
-  A +

Yenidən “Everton”a qayıdan Ueyn Runi “Mançester Yunayted”dən gedişini şərh edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu geridə qalan müddətdə Mançester klubunda birgə çalışdığı hər kəsə minnətdarlıq edib:

“Klub idarəçilərinə, rəhəbrliyi altında çalışdığım bütün məşqçilərə, komanda yoldaşlarıma və əlbəttə ki, azarkeşlərə sonsuz təşəkkürümü bildirirəm. “Mançester Yunayted”i xoş xatirələrlə tərk edirəm”.

“Mançester Yunayted”ə olan hörmətinə baxmayaraq, Runi etiraf edib ki, qəlbi daim “Everton”la döyünüb:

“Sözün açığı, bu barədə heç kimə danışmamışam. 13 il bu barədə susmaq məcburiyyətindəydim. Amma indi deyə bilərəm ki, bütün bu illər ərzində evdə övladlarımla birgə “Everton”un rənglərində olan paltar geyirdik. “Everton”un formasını geymək xüsusi hissdir. Sani hər şey 13 il əvvəlki kimidir. Yenidən bu formada meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.

Son xəbərlər
topaz banner