“Qəbələ” 3 yoxlama oyunu keçirəcək

“Qəbələ” 3 yoxlama oyunu keçirəcək
XƏBƏR 10 İyul 2017 / 00:00 2659
-  A +

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyulun 5-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında çalışan komandamız iyulun 16-dək doğma arenada hazırlıq keçəcək. Ardınca Bakıya yollanacaq əvəzedicilər məşqlərini paytaxtda davam etdirəcək.

İyulun 23-nə qədər sürəcək hazırlıq prosesinin ikinci hissəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. “Qəbələ” ilk matçını ayın 17-də keçirəcək. Komanda Bakıda “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələcək. 3 gün sonra “qırmızı-qaralar” Sumqayıtda eyniadlı klubun əvəzediciləri ilə qarşılaşacaq.

“Qəbələ”nin üçüncü matçı isə ayın 23-də baş tutacaq. Həmin yoxlama oyunundakı rəqibin adı hələ dəqiqləşməyib.

Daha çox


Son xəbərlər