“Sent-Etyen”lə qarşılaşmada olduğu kimi yenə üzücü oyun oldu. Futbolçularımız yaxşı oynadı. Ani diqqətsizlik üzündən qapımızda qollar gördük. “Anderlext” kimi sürətli komanda ilə oyunda buna yol verməyin nəticəsi belə olur. Baş məşqçimiz oyundan öncə də bu barədə futbolçulara xəbərdarlıq etmişdi. Buna baxmayaraq, futbolçularımız ümumilikdə yaxşı oynadı".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin məşqçisi Sənan Qurbanov Avropa Liqasının 5-ci turunda "Anderlext"lə oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.
"Biz də ona üzülürük ki, yaxşı oynayıb, məğlub olduq. “Qəbələ” üçün ardıcıl iki mövsüm qrupda oynamaq böyük təcrübədir. Həm ötən il, həm bu il yaxşı oyunlar keçirmişik. Belə təcrübə toplamaqla komandamız irəli gedəcək. Mən köməkçi məşqçiyəm, baş məşqçinin tapşırıqlarını yerinə yetirirəm. O, hər qarşılaşmadan öncə öz göstərişlərini verir. Məğlub olmaq xoş deyil. Görüşü analiz edib, çatışmazlıqları aradan qaldıracağıq" - deyə o bildirib.
S.Qurbanov bu oyunla heç nəyin bitmədiyini, irəli baxmaq lazım olduğunu söyləyib:
"Bu, həm mən, həm komanda üçün təcrübədir. Oyundan öncə penalti olarsa, bu zərbəni Rikardinyo və ya Filip Ozobiçin yerinə yetirəcəyini müəyyənləşdirmişdik. Braziliyalı inamlı şəkildə topu götürüb, dəqiq zərbə vurdu. O, ikinci cəhddə də dəqiq oynadı. Amma təkrar zərbə zamanı artıq psixoloji amil özünü göstərdi. Zədələnən Baqali Dabonun durumuna sabahkı müayinədən sonra aydınqlıq gələcək. Ağrılar onun topuğundadır”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı