“AFFA-dan narazılıqlar aydındır. Bir qrup insanlardan - adi azarkeşlərdən narazılıq gəlir. Əvvəlki illərdə mən də sıravi azarkeş kimi nəticə tələb edirdim. Lakin düzgün tənqid edən, düzgün yazan peşəkar jurnalistlər var. Peşəkar veteranların, keçmiş futbolçuların da narazılıqlarını anlayırıq, sağlam tənqidi qəbul edirik”.
Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Azərbaycan dövlət radiosunun qonağı olan E.Məmmədov qeyd edib ki, AFFA rəhbərliyi milli komandaların uğur qazanması üçün hər bir şərait yaradır: “AFFA rəhbərliyi, şöbə müdirləri futbol oynamır. Bunu demişik, deməyə də davam etdirəcəyik. AFFA rəhbərliyi bu gün milli komandalar üçün şərait yaratmalıdır. Biz də bunu yaradırıq. Maliyyə ilə təmin edirik, infrastruktur yaradılıb. Liqalar təşkil olunub. 600 komanda, hər həftə 7 minə yaxın uşaq müxtəlif liqalarda, müxtəlif bölgələrdə mübarizə aparırlar. Bu turnirlər təkcə təşkil olunmur, bəzilərinə həm də maliyyə yardımı göstərilir. Bütün bunları AFFA-nın strategiyasına uyğun həyata keçirik”.
O qeyd edib ki, AFFA-nın fəaliyyətinin fəaliyyəti bəzi insanlara mane olur: “Tənqidlər, hətta təhqirlər də var. Bunu kimlər yaradır? Dırnaqarası jurnalistlər, dırnaqarası peşəkarlar. Futbolun yanında olan bəzi insanlar. Mən, AFFA rəhbərliyi, bəzi əməkdaşlarımız kimlərinə qane etmir. Çünki bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur. Mənim gedişimlə millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm. Bu, gülməli iddiadır”.
Elxan Məmmədov vurğulayıb ki, millidəki hər bir məşqçi heyətə ən yaxşı futbolçuları dəvət edir: “Meydançada futbolçular oynayır, onlar da klublardan gəlirlər. Hər bir baş məşqçi ən yaxşıları seçir. Baş məşqçi seçimini subyektiv deyil, obyektiv təhlil aparıb, seçir. Həmin məşqçini isə AFFA İcraiyyə Komitəsi seçir. 2008-ci ildə Berti Foqts dəvət olundu. 9 xal qazandı, tənqid olunurdu ki 9 xal azdı. Prosineçki 10 xal qazandı, yenə də tənqid olundu. Millətlər Liqası öncəsi hər birimiz böyük məmnuniyyətlə millini Qurban Qurbanova tapşırdıq. Qurbanov Azərbaycanda ən uğurlu məşqçidir. Düşündük ki, millidə də nəticə qazanacaq. Təbii ki, eyni zamanda, həm millini, həm də “Qarabağ”ı çalışdırmaq çətin idi. Məqsəd Millət Liqasında qalib olmaq idi. Təəssüf ki, bu, alınmadı və yenidən tənqidlər başladı”.
O deyib ki,“AFFA rəhbərliyi də milli komandamızın seçmə mərhələdəki çıxışından razı deyil: “Bizim də suallarımız çoxdur. İcraiyyə Komitəsində bütün məsələlər müzakirə olunacaq”.
E.Məmmədov baş məşqçi ilə yanaşı, bəzi futbolçularla da müzakirə aparılacağını bildirib: “Baş məşqçi ilə yanaşı, bəzi futbolçulara da suallarımız olacaq. Bəzi futbolçularımız bacarıqlarının 100 faizini meydanda göstərmirlər. Demirəm bilərəkdən oynamırlar, bəlkə hansısa yorğunluq, yaxud psixoloji təzyiq var. Həmin futbolçularla söhbətimiz olacaq. Amma təbii ki suallarımızın əsası baş məşqçiyə yönələcək. Milli ölkənin əsas komandasıdır. İldə maksimum yığmanın iştirakı ilə cəmi 5 oyun olur. Futbolçular gücünün 100 faizini meydanda qoymalıdırlar” (futbolxeber.az).
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı
"Zirə" uduzdu, "Neftçi" qalib gəldi - "Sabahın ulduzları"
Çempionlar Liqasında pley-off başladı
"Beşiktaş" onu hədəfə aldı