“Zirə”nin müdafiəçisi Anje Mutsinzi dünən Misli Premyer Liqasının ilk turunda “Şəfa”ya qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- “Şəfa”nı 2:0 hesabı ilə məğlub edərək mövsümə uğurlu start verdiniz. Qələbəni necə şərh edərdiniz?
- Yaxşı oyun keçirdik. Görüş ərzində çalışırdıq ki, pressinq tətbiq edək. Düşünürəm ki, layiqli qələbə qazandıq. 3 xal əldə etdiyimiz üçün məmnunuq.
- Bu, “Şəfa”nın cari mövsümdə ilk, sizin isə beşinci rəsmi oyununuz idi. Yəni rəqib sizin nəyə qadir olduğunuzu bilirdi. Bu məqamın “Zirə”nin əleyhinə olduğunu söyləmək mümkündür?
- Bəli, bu, müəyyən qədər əleyhimizə idi. Avrokuboklarda dörd oyun keçirmişdik. Rəqib isə Premyer Liqaya yeni vəsiqə qazanıb. “Şəfa”nın oyunu barədə geniş məlumatımız yox idi. İlk 15 dəqiqədən sonra artəq necə oynayacaqlarını hiss etdik. Bu, qalan dəqiqələrdə bizə kömək oldu. Hesabda geri düşdükdən sonra rəqib pressinq tətbiq etmək istəyirdi. Bununla belə, vurduğumuz qollarla layiqli qələbə qazandıq. Artıq qarşıdakı matçlara baxacağıq.
- “Zirə” “Payde” şokundan ayılıb? Bu klubun “Rapid”lə matçlarını izlədiniz? Sizcə, “Payde”nin yerində “Zirə” olsaydı, hansı nəticə qeydə alınardı?
- Həqiqətən də “Payde”yə məğlubiyyət bizim üçün şok idi. Mübarizəni ikinci mərhələdə dayandırmağımız gözlənilməz olmuşdu. Lakin “Rapid”lə qarşılaşsaydıq, necə olardı, bu barədə bir söz deyə bilmərəm.
- “Zirə”nin cari mövsümdəki hədəfi nədir?
- Hədəflərimiz dəyişməyib. Həmişəki kimi, hər oyuna 3 xal üçün çıxacağıq. Çempionatı bacardığımız qədər yüksək pillələrdə bitirmək istəyirik. Məqsəd ilk 3-4 komanda arasında olmaqdır.
- Növbəti turda “İmişli” ilə qarşılaşacaqsınız. Maraqlıdır ki, ötən mövsüm bu komanda ilə hər üç matçınız heç-heçə bitmişdi...
- Biz hər oyuna 3 xal gözü ilə baxırıq. Düşünürəm ki, “İmişli”yə qarşı görüş də asan olmayacaq. Hər matç finala bərabərdir. Həmin oyunda da qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video