“Birinci liqa klublarıyla bağlı qəbul edilən qərar haqda dəqiq bir söz demək çətindir. Bu qərarın hansı əsasla qəbul edildiyindən xəbərsizəm. Çünki bu işin içində deyiləm”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri AFFA-nın sonuncu konfransında qəbul edilən qərarlara münasibət bildirərkən “Bakı”nın keçmiş vitse-prezidenti Nail Əliyev deyib. O bildirib ki, çempionatın formatının dəyişdirilməsi düzgün addım deyil: “Premyer-liqada 12 komandanın iştirak etməsiylə bağlı qəbul edilən qərarı düzgün hesab etmirəm. Çünki analoji qərar Gürcüstanda da qəbul olunmuşdu. Lakin bu format özünü doğrultmamışdı. Buna görə də gürcülər bundan imtina etmişdilər. Buna görə də qərarı qəbul etməzdən əvvəl gərək yaxşı-yaxşı düşünəydilər. O ki qaldı sonradan komandaların “6-lıq” şəklində ayrı-ayrılıqda mübarizə aparmalarına fikrimcə, bu hal oyun alqı-satqısına yol açacaq. Çünki hansısa komanda çempionluq şansını itirdikdən sonra oyunlarının əhəmiyyəti qalmayacaq. Bu halda da digər komandalara oyun satması mümkündür”.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı