“Qarabağ” Çempionlar Liqasının 2020/21 mövsümünün ilk 2 püşkatması zamanı səpələnmişlər səbətində olacaq.
Avqustun 9-da keçiriləcək 1-ci təsnifat mərhələsinin püşkatmasında Azərbaycan çempionu 5-ci yüksək reytinqli olacaq.
Əmsalı 21,000-a bərabər təmsilçimiz “Seltik” (Şotlandiya, 34,000), “Astana” (Qazaxıstan, 29,000), “Lüdoqorets” (Bolqarıstan, 26,000) və “Srvena Zvezda”dan (Serbiya, 22,750) geri qalır.
Ertəsi gün 2-ci təsnifat mərhələsində 17 cüt və mübarizəyə yeni qoşulacaq 3 komandanın rəqibləri bilinəcək. “Qarabağ”ın yer alacağı cüt yenə səpələnmiş olacaq. Burada təmsilçimiz gücünə görə 6-cı komanda sayılır.
Yuxarıda qeyd etdiyimiz 4 komandanın yer aldığı cütlərdən başqa Zaqreb “Dinamo”su da öndə qərarlaşacaq. Xorvatiya çempionunun əmsalı 33,500-dür.
Püşkü avqustun 31-də atılacaq 3-cü seçmə mərhələsində “Qarabağ” böyük ehtimalla səpələnməyəcək. Çünki mübarizəyə bu raunddan başlayacaq “Olimpiakos” (Yunanıstan, 42,000) və “Slaviya” (Çexiya, 27,500) daha yüksək əmsala malikdir.
Digər 4 səpələnmiş adına isə “Seltik”, “Astana”, “Lüdoqorets”, “Srvena Zvezda”, “Dinamo” iddia edir. Üstəlik, İsveçrə və Danimarkada da çempionun yüksək reytinqli olacağı gözlənilir. Bu isə o deməkdir ki, “Qarabağ”ın səpələnmiş olması üçün bu 7 çempiondan ən azı 4-ü 3-cü təsnifat mərhələsində çıxış etməməlidir. Qurban Qurbanovun komandası “Seltik”, “Astana”, “Lüdoqorets”, “Srvena Zvezda”, “Dinamo”nun məğlubiyyəti qane edir. Təmsilçimizə İsveçrə və Danimarkada ya aşağı reytinqlinin çempionluğu, ya da güclünün erkən məğlubiyyəti lazımdır.(apasport.az)
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd