Maksim Medvedev - 300

Maksim Medvedev - 300
ÖLKƏ FUTBOLU 24 Fevral 2020 / 10:36 1460
-  A +

Azərbaycan Premyer Liqasının 18-ci turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub.
 
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi ölkə çempionatlarının yüksək liqasında 300-cü matçını keçirib.
 
Bu, “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib. Maksimin debütü 2006/07 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümü keçirdiyi Premyer Liqada yalnız bir klubda çıxış edib. Medvedevin hesabında 10 qol var.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın