“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Səbail”ə evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə bu mövsüm ilk dəfə doğma “ASK Arena”da keçirdikləri matç haqda danışıb.
- İlk oyundan sonra öz meydanımızda həyəcan daha çox hiss olunurdu. İlk dəqiqələrdən oyunumuzu çətinliklə tapırdıq. Rəqib bizi əks-hücumlardan tuturdu. İstədiyimiz oyunu qura bilmirdik. Şanslarımız da oldu. Bu gün qismət bizim tərəfimizdə deyildi. Hələ çox görüləsi işlərimiz var. Kristavao hələ tam uyğunlaşa bilməyib. Komandaya irad da bildirə bilmirəm.
- Növbəti turda “Neftçi” ilə qarşılaşırsınız. Bu məğlubiyyətin komandaya mənfi təsiri ola bilərmi?
- Futbolda məğlubiyyət də var. İlk turda udmuşduq, o demək deyil ki, bütün matçlarda qələbə qazanacağıq. Görünür, belə qismət idi.
- “Keşlə”nin sanki “Səbail”lə oyunu alınmır...
- Bütün dünya futbolunda belə proseslər olur. Arzuolunmaz komandalar olur.
- Qeydə alınmayan qol epizoduna baxmısınız?
- Xeyr, baxmamışam. Bundan sonra baxmağın nə xeyri? Əlinə dəyibsə, heç nə.
- Murad Ağayevin transferinə niyə razılıq verdiniz?
- Murad əvəzedici heyətə çağırılıb. Onun əsas komandaya aidiyyatı yoxdur. Düzdür, bizimlə məşq edir. Amma oynayacaqsa, əvəzedicilərdə oynayacaq.
"Qarabağ"da şok itki
Qurban Qurbanovdan möhtəşəm nəticəyə ilk şərh
“Qarabağ” - “Çelsi” matçının ən yaxşı futbolçusu o oldu
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə
"Barselona"nın yeni transfer hədəfi
Kadi sıradan çıxdı
"Kimsə qalib gələcəyimizi desəydi, təəccüblənərdim"
“Qarabağ” - “Çelsi” oyununun - Heyətləri
Con Makqinn ilə müqavilə uzadıldı
Tayron Minqs yenidən ağır zədələndi
"Sabah"ın U-19 komandası “Nant”a uduzdu
Dominik Soboslay "Liverpul"un yeni ulduzunu təriflədi
Levandovski gələcək planları barədə danışdı
Britaniya səfiri “Çelsi”ni yox, “Qarabağ”ı dəstəkləyəcək
Mingəçevirdə vurulan 5 qol - Video
Anri Vinisiusu tənqid etdi
De Rossi A seriyası klubunu çalışdıracaq
“Qarabağ”ın U-19 komandası "Çelsi"yə uduzdu
1-ci liqada liderlərin günü