“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”

“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
ÖLKƏ FUTBOLU 6 İyul 2026 / 15:59 946
-  A +

“Seltik”in “Qarabağ”ın futbolçusu Kamilo Duranla marağı Şotlandiya mətbuatında yenidən gündəmə gəlib.

QOL.az xəbər verir ki, “Daily Record” nəşrinin müzakirəsində jurnalist Skott Börns Qlazqo təmsilçisinin yay transfer pəncərəsində hələlik passiv qalmasına baxmayaraq, Duranla bağlı prosesin irəlilədiyini bildirib.

O, “Seltik” azarkeşlərinin narahat olduğunu deyib: “Onlar narahatdırlar. Amma klub futbolçular transfer edəcək və görünür, Kamilo Duran məsələsində irəliləyiş var”.

Digər jurnalistlər isə “Seltik”in heyətini tezliklə gücləndirməli olduğunu vurğulayıblar. Bildirilib ki, komanda yeni mövsümə və avrokuboklara daha güclü heyətlə hazırlaşmaq istəyir.

Qeyd edək ki, daha əvvəl Şotlandiya mətbuatı “Seltik”in Duran üçün “Qarabağ”la danışıqlar apardığını yazmışdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner