"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının sonuncu, 33-cü turunda "Karvan-Yevlax"la baş tutan matçdan (1:1) sonra oyun barədə fikirlərini bölüşüb.
QOL.az "sportal.az"a istinadən xəbər verir ki, mütəxəssis gənc və yerli futbolçulara verilən şansın önəmini vurğulayaraq əldə olunan nəticədən məmnunluğunu ifadə edib:
"İstədiyimiz nəticəni qazanmışıq. Futbolçulara, texniki heyətə və klubda çalışan hər kəsə təşəkkür edirəm. Təbii ki, fanatlara da xüsusi minnətdaram. Onlar mövsüm ərzində uzun yollar qət edərək bizə dəstək göstərirdilər və azarkeşlər daim qəlbimdə qalacaqlar. Azərbaycanda olmaqdan çox məmnunam, bu, mənim həyatımda böyük bir təcrübə oldu. İstər şəxsi, istərsə də peşəkar müstəvidə yalnız müsbət düşüncələrə sahibəm. "İmişli"yə gələcəkdə uğurlar arzu edirəm. Biz bu gün gənc futbolçulara şans verdik. "Karvan-Yevlax"la matçın start heyətində 10 azərbaycanlı oyunçu yer almışdı. Fikrimcə, qeydə alınan nəticə də tamamilə ədalətli oldu".
- Bununla da "İmişli" ilə rəsmən vidalaşdınız?
- Mən bu gecə Portuqaliyaya yola düşəcəyəm. Gələcək karyeramla bağlı isə hələlik qəti heç nə deyə bilmərəm.
- Başqa komandalardan hər hansı bir təklif almısınızmı?
- Hazırda heç bir təklif yoxdur. İndiki məqamda hələ ki yalnız ailəmi düşünürəm.
- Azərbaycanda çıxış edən hansı futbolçularla gələcəkdə yenidən işləmək istəyərdiniz?
- Bu suala konkret cavab vermək çətindir. Amma onu deyə bilərəm ki, Azərbaycan çempionatında çıxış edən yerli oyunçuların keyfiyyəti kifayət qədər yüksəkdir. Limitin ləğv edilməsi ilə çempionatın ümumi səviyyəsi də artıb. Yerli oyunçular legionerlərdən çox şey öyrənə bilərlər.
- Mövsüm ərzində Quba stadionunun meydançası ilə bağlı tənqidi fikirlər kifayət qədər çox oldu. Sizin fikriniz necədir?
- Mən meydança məsələsi barədə ümumiyyətlə danışmaq istəmirəm.
- Mətbuatda adınız "Sumqayıt" və "Kəpəz" klubları ilə hallanır. Bu məsələdə vəziyyət nə yerdədir?
- Heç bir təklif yoxdur. Mətbuatda haqqımda çox sayda xəbərlər yazılıb, lakin həmin məlumatlar yanlışdır. Hətta yaxınlarda belə bir xəbər də yayılmışdı ki, guya mən "İmişli"də qalmaq istəmirəm və klubun mənə təklif etdiyi şərtlər yaxşı olmayıb. Bu da doğru deyil.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı