Hacı Əliyevdən turnirə erkən vida

Hacı Əliyevdən turnirə erkən vida
GÜLƏŞ 11 Oktyabr 2019 / 14:36 5110
-  A +

Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunmuş güləş turnirinə start verilib.

Qol.az xəbər verir ki, sərbəst güləş üzrə milli komandamızın üzvü Hacı Əliyev (65 kq) yarışda uğursuzluqla üzləşib.

3 qat dünya, 3 qat Avropa çempionumuz ilk görüşdə rusiyalı Nikolay İvanova 10:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda digər yerli idmançı Daşa Şarastepanova uduzub – 5:7. Rəqibi 1/4 finalda məğlub olduğu üçün Hacı çıxışını başa vurub.

Xatırladaq ki, Əliyev ötən ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında da medal qazana bilməyib.
 

Daha çox


Son xəbərlər