“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu mövsümdən başlayaraq ilk dəfə olaraq əlavə 5 gənc futbolçunu əsas komandada oynatmaq qərarı verib.
Qol.az saytı xəbər verir ki, onların hamısı dünən “Keşlə”yə qarşı keçirilən 2019/20 Azərbaycan Premer Liqasının ilk turunda (1:0) iştirak ərizəsində yer alıblar. Söhbət aşağı yaş qrupları üzrə milli komandaların da üzvü olan 21 yaşlı İsmayıl İbrahimli (yarımmüdafiəçi), 20 yaşlı Hacıağa Hacılı (yarimmüdafiəçi), 19 yaşlı Nicat Mehbalıyev (qapıçı), 18 yaşlı Toral Bayramov (hücumçu) və 17 yaşlı Musa Qurbanlıdan (hücumçu) gedir. Adları çəkilənlərdən İsmayıl İbrahimli dünən gənc futbolçu limitinə görə əsas heyətdə də oynayıb. 90 dəqiqə meydanda olan İsmayıl yaxşı oyunu ilə diqqət çəkib və həm də komandasının qələbə qolunun müəllifi olub.
İsmayıl və “Qəbələ”dən transfer olunan Hacıağa Hacılı ötən mövsümdə də “Qarabağ”ın əsas komandasının oyunçuları kimi Premyer Liqa matçlarına sifariş olunub. Nicat, Toral və Musa isə bu mövsümdən rəsmi olaraq əsas komandaya düşüblər və ilk dəfə Premyer Liqada debüt etmək imkanı qazanıblar.
Qeyd edək ki, bu üç futbolçu, həmçinin İsmayıl son 3 ili “Qarabağ”ın aşağı yaş qruplarında keçiriblər. Bundan başqa, “Qarabağ”da 22 yaşlı Mahir Emrelinin də yer aldığını nəzərə alsaq, əsas komandada yaşı 17-22 arası olan futbolçuların sayı 6-ya çatır.
Əlbəttə, “Qarabağ”dakı güclü rəqabət, həmçinin yüksək nəticə tələbi səbəbindən hələlik lazımi təcrübəsi olmayan bu futbolçuların hər birinin bu mövsüm daim oynayacağını düşünmək doğru olmaz. Güman ki, Q.Qurbanov mövsümün gedişatında onlara fərqli matçlarda sonradan meydana buraxmaqla şans verəcək. Bununla belə, istənilən halda Q.Qurbanovun ilk dəfə olaraq bu qədər gənci əsas komandaya cəlb etməsini müsbət fakt, alqışlanacaq addım kimi qiymətləndirmək olar. İnanmaq istərdik ki, onlar “Qarabağ”dakı təcrübəli yerli və legionerlərin yanında oynayıb təcrübə qazanacaqlar və yaxın gələcəkdə futbolumuzda yaxşı oyunları ilə fərqlənən yeni gənc simalar olacaqlar.
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür
"Beşiktaş" "Fənərbaxça"ya belə qalib gəldi - Video
İstanbul derbisini qonaqlar qazandı
Millimizin üzvü qırmızı vərəqə aldı
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi