"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Qol.az-a müsahibə verib. Klubdaxili son iclasdan sonra baş verənlər haqda danışan mütəxəssis maraqlı fikirlər səsləndirib.
-Avropa Liqasında mübarizəni erkən dayandırdınız. Əvvəlcə bununla bağlı soruşmaq istəyirəm. Avroliqada mərhələni keçə bilməməyinizə nə mane oldu?
- Avroliqaya istəkli başlamışdıq. Düzdür, hazırlığımızı istədiyimiz kimi keçirə bilmədik. Çünki birdən-birə heyətdə böyük dəyişiklik baş verdi. Buna baxmayaraq, güclü rəqiblə düşsək də, avrokubok oyunlarına olduqca istəkli və ciddi yanaşdıq. Mərhələni keçmək istəyirdik. İnam var idi. Sadəcə, ustalıq səviyyəsi rəqibdə daha yüksək oldu. Motivasiyaya təsir edən amillər də oldu. Maaş gecikməsi ilə bağlı baş verən son hadisələrin də təsiri oldu. Amma deməzdim ki, başlıca səbəb bu idi. Əsas amil heyətin 60-70 faiz dəyişməsi oldu.
- Adətən klublar avrokuboklara vəsiqə qazananda heyəti qoruyub-saxlayırlar. “Səbail”də isə heyət, sizin də dediyiniz kimi, 60-70 faiz dəyişdi. Bunun qarşısını almaq niyə mümkün olmadı?
- Bu, sırf maliyyə ilə bağlı məsələdir. Nəticə verən komandanın oyunçuları hər zaman daha yaxşı şərtlərlə müqavilə tələb edirlər. Bu gün “Səbail” həmin şərtləri qarşılayacaq vəziyyətdə deyil. Klub kimi hələ çox inkişaf etməliyik. Komanda kimi ötən mövsüm nəyəsə nail olduq. Ancaq ən əsası klub kimi böyüməkdir. Buna da zaman lazımdır. Büdcə artımı qaçılmazdır. “Səbail” isə hələ buna hazır deyil ki, istənilən futbolçuya tələb etdiyi məbləği verə bilsin.
- Bir neçə gün öncə klubdaxili iclas olmuşdu. Mətbuata müsahibənizdə bildirmişdiniz ki, legionerlərə “kim istəsə, gedə bilər” deyilib. Klub da bu barədə bəyanat yayıb, bunu təsdiqləmişdi. Həmin söhbətdən sonra komandadan gedən və ya getmək istəyən olubmu?
- İclas ümumi keçirilmişdi. Nəinki futbolçulara, hamıya aid idi. Hazırda müəyyən bir çətinliyimiz var ki, hələ də davam edir. Rəhbərlik “pul olmayacaq” kimi bir ifadə işlətmədi. Sadəcə, dedilər ki, gecikmələr olacaq. Buna tab gətirə bilməyən oyunçu olarsa, onunla danışıb, digər kluba keçməyinə mane olmayacaqlar. Ancaq bizim hansısa futbolçunu buraxmaq fikrimiz yoxdur. Kiminsə getməyini istəmərik. Rəhbərlik də çalışır ki, hazırkı durumdan çıxsın, heyəti qoruyub-saxlasın. Ayrı-ayrılıqda futbolçularla da söhbət olacaq. İndiki durumda hamı komandadadır. Bəlkə irəliləyən günlərdə kimsə getmək istəyə bilər. Hər bir futbolçu hazırlıqda iştirak edir.
- Hazırda klubun futbolçulara, məşqçilərə borcu var?
- Hamının müqaviləsinə tam əməl olunub. Sadəcə, mükafatla bağlı bir qədər gecikmə var. Bizə deyiblər ki, veriləcək, amma, gecikmə ilə olacaq.
- Məlum iclasdan sonra xəbər yayıldı ki, “Səbail” dağılacaq. Doğrudan da belə bir təhlükə varmı?
- Rəhbərliklə danışmışam, klubun dağılacağı ilə bağlı söhbət olmayıb. Düzdür, "strategiyamız dəyişəcək, yerli futbolçulara üstünlük veriləcək" kimi danışıq olub. Amma “Səbail” dağılacaq" deyə bir söhbət olmayıb. Hə, dəyişiklik ola bilər. Avroliqa oyununda meydana buraxdığımız start heyətə baxanda da bunu görmək olar. Daha çox yerli futbolçulara üstünlük verməyə başlamışıq. İndiyə kimi yadıma gəlmir ki, hansısa komanda avrokubok matçında meydana əsas heyətdə 7 yerli oyunçu buraxsın. Bu yöndə işimizi davam etdiririk. Gələcəkdə necə olacaq, bunu deyə bilmərəm. Daha çox yerli futbolçuların inkişaf etməsinə şərait yaradacağıq.
- Maykl Esyen artıq “Səbail”in U-19 komandasında işinə başlayıb. Bundan sonra meydana çıxacağı gözlənilir, yoxsa sırf məşqçiliklə məşğul olacaq?
- Futbolçu kimi müqaviləsi davam edir. Yəqin ki, onunla fərdi söhbətimiz olacaq. Çünki həm futbol oynayıb, həm də məşqçilik etmək çətindir. Bunu bilirik. Onunla danışıqdan sonra nəyin necə olacağı dəqiqləşəcək.
- Bundan sonra yeni transfer necə, gözlənilirmi?
- Əlbəttə, istərdim ki, heyətimizə 2-3 futbolçu cəlb edək. Təbii ki, bundan sonra yerli futbolçu almaq çətindir. İndiki vəziyyətdə isə heç bir oyunçu alınmayacaq. Böyük ehtimalla, bu heyətlə davam edəcəyik. Düşünürəm ki, bu heyəti bugünki gün üçün yaxşı saymaq olar.
- Yeni mövsümdə əsas hədəfiniz nə olacaq?
- Hədəflə bağlı danışanda hərə bir cür başa düşür. Keçən il qarşımıza sonuncu yeri tutmamaq vəzifəsi qoyulmuşdu. Sadəcə, gedişat elə gətirdi ki, daha yüksək yerlə uğrunda oynaya bildik. Strategiya dəyişikliyi ilə bağlı rəhbərliklə olan son söhbətdə qarşımıza yüksək yerləri tutmaq hədəfi qoyulmayıb. Yenə də, sonuncu olmamaq şərtilə, yaxşı mübarizə aparmaq istəyirik.Yəni, xüsusi bir tapşırıq verilməyib ki, mütləq medalçılar sırasında olmalısınız.
Elnur SALAHOV
PSJ ilə 100-cü qələbə
"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da
"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç
"Sumqayıt" "Osiyek"ə məğlub oldu
"Zirə" Ukrayna və Çexiya komandalarına uduzdu - Yenilənib-2
5 oyunda 6 qol vurdu, ayın ən yaxşısı seçildi
"Neftçi" Çin klubuna qalib gəldi
Cenk Tosunun yeni klubu rəsmiləşdi
Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu
Konfrans Liqasında pley-offun püşkü atıldı
Nabi Keyta "Ferentsvaroş"da qaldı
U-21 millimiz yoxlama oyununda qalib gəldi
Bu gün “Qarabağ”da debüt etdilər - Şəkillər
“Mingəçevir” 7 futbolçunu göndərib, 5 yeni oyunçu alıb
Volkan Demireldən Nəriman və Medina açıqlaması
Kaşuk xorvatlara elə bir qol vurdu ki… - Video
“Araz-Naxçıvan” daha bir yoxlama oyunu keçirəcək
"Tələbələrimin Olimpiya çempionu olmasını istəyirəm"
U-21 millimizin üzvü klubundan ayrıldı
"Roma"dan hücumçu transferi
Millinin heyətindən çıxarıldı
“Qarabağ”da qazandığı kuboku ayağına döymə etdirdi - Video
Azərbaycanın 6 klubunun dünya reytinqindəki mövqeyi
PFL prezidentindən məşhur jurnala - Maraqlı açıqlamalar
"Barselona"nı 1/4 finala yüksəldən qələbə - Video
Futbola yeni qaydalar gətirilir - Vaxtı uzatma!
Haalandın transferi yarım milyard avroya başa gələ bilər
“Real”da uğurun açarı futbolçuya yaxın olmaqdır" - Zidan
Raspadori rəsmən "Atalanta"da
"Beşiktaş"dan böyükhesablı qələbə