"Qarabağ" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu ilə cavab oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov səfər matçından öncə komandanın hazırlıq durumu barədə fikirlərini bölüşüb:
"Ümumən komanda oyuna tam hazırdır. Rəqibi yaxından tanımışıq və oyunumuzu təhlil etmişik. Uzun yol gəlmişik və yolda olduğumuz üçün təbii ki, müəyyən qədər yorğunluq var. Buna baxmayaraq ümid edirəm ki, futbolçularımız sabahkı matça tam hazır olacaq və motivasiyalarını qoruyacaqlar.
Düzdür, bir qədər hava soyuqdur, amma əsl futbol oynamaq havasıdır. Heyətdə müəyyən dəyişikliklər ola bilər. Lakin kimin meydana çıxmasından asılı olmayaraq hər kəs əlindən gələni edəcək. Start heyəti ilə bağlı qərar vermək üçün sabaha qədər hələ vaxtımız var. Çalışacağıq ki, oyundan öncə konkret fikrimizi müəyyənləşdirib həyata keçirək".
Xatırladaq ki, komandalar arasında keçirilən ilk matçda "Qarabağ" "Vestri"yə 3:0 hesabı ilə qalib gəlib.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri