Tale Heydərovun “Qəbələ”nin prezidenti vəzifəsindən gedişindən sonra klubda yaranmış qeyri-müəyyənlik hələ də davam edir. Heyətdə ciddi dəyişiklər edəcəyi gözlənilən bölgə klubunda artıq müqaviləsi başa çatan Cavid Hüseynov, Rauf Əliyev, Stiven Monroz, Elvin Camalov kimi təcrübəli futbolçularla yollar ayrılıb. Gedənlərin artacağı istisna olunmur. Mətbuatda “qırmızı-qaralar”ın növbəti mövsümdə elə də iddialı olmayacağı, daha çox öz akademiyasının yetirmələrinə güvənəcəyi haqda xəbərlər dolaşır. Bəs, “Qəbələ”nin taleyi necə olacaq? Klubun baş meneceri Zaur Əzizovla əlaqə saxlayıb, bu və digər suallarımıza aydınlıq gətirməyə çalışdıq.
-“Qəbələ”nin gələcəyi ilə bağlı rəhbərliklə görüş oldumu və orada hansı məsələlər müzakirə edilib? Ümumiyyətlə, klubun aqibəti necə olacaq? Qarşıdan avrokuboklar gəlir.
- Vəziyyətin nə yerdə olduğu təxminən bilinir. Bəlli bir büdcə çərçivəsində saxlaya bildiyimiz futbolçuları saxlamağa çalışacağıq. Saxlaya bilməyəcəklərimizi təşəkkür edib, yola salırıq. Aydın məsələdir ki, önümüzdəki mövsümdə daha çox akademiya yetirmələrinə, gənc oyunçulara üstünlük verəcəyik.
- Aparıcı futbolçular bir-bir komandadan ayrılır. Bundan sonra kimlərin gedəcəyi, kimlərin qalacağı bilinirmi?
- Söhbət legionerlərdən gedirsə, hazırda Volkovun komandada qalmaq məsələsi var. Müqaviləsi olanlara təkliflər edilir. Hələ ki, gözləyirik. Vaxtı çatanda qərar verəcəyik.
- Rauf Əliyevin də komandadan ayrıldığı barədə xəbər yayılıb...
- Raufun müqaviləsi başa çatıb, artıq bizim futbolçu deyil. Deyə bilmərəm, yenidən razılaşarsaq, qala bilər. Amma sağ olsun, gəldi, komandanın uğur qazanmasında çox böyük əziyyəti oldu. Bütün oyunçular xarakter göstərdilər. Bunu özləri üçün yox, sırf kluba görə etdilər. Biz də həmin anlar yaşadıq. Ona görə də hər birinə təşəkkür edirik. Məcburi də olsa, hamısı ilə çox yaxşı şəkildə ayrılırıq.
- Ceyms Adeniyinin müqaviləsi var. Onunla bağlı fikriniz necədir?
- Bəli, müqaviləsi davam edir. Sadəcə, təkliflər var, dəyərləndirəcəyik.
- Bəs, heyətə kənardan yeni futbolçular cəlb olunacaq?
- Əlbəttə. Yəqin ki, yeni legionerlər alınacaq.
- Təxminən neçə legioner almağı düşünürsünüz?
- Ehtiyacımız olduğu qədər. Komandada sırf azərbaycanlı uşaqlar yox, əcnəbi futbolçular da olacaq.
- Yeni mövsümdə əsas hədəfiniz nə olacaq?
- Ən yaxşı şəkildə mübarizə aparmağa çalışacağıq. Yola hər hansı avrokubok, çempionluq hədəfi ilə çıxmırıq. Büdcə yuxarı olsaydı da, Avroliqada işimiz asan olmayacaqdı. Bu, tək “Qəbələ”yə aid deyil. Bizdən futbolçu alan, avrokuboklarda çıxış edən digər yerli klubların da işi çətin olacaq. Bununla belə, yaxşı komanda qurub, ciddi hazırlaşacağıq.
- Deyilənlərə inansaq, akademiyada da müəyyən ixtisarlar olacaq...
- Xeyr, hər şey olduğu kimi qalacaq.
- Bir neçə gün öncə menecer Səbuhi Səfiyarlı “Qəbələ”dən ayrıldı. Başqa klub rəsmilərinin gedişi gözlənilirmi?
- Hələ ki, ancaq Səbuhi ayrılıb. Başqaları ilə bağlı nəsə olsa, xəbər tutacaqsınız. Bu gün üçün hamı yerindədir.
- Səbuhi Səfiyarlının yerinə yeni təyinat olacaq, yoxsa o vəzifə ləğv olunacaq?
- Səbuhinin yerini doldurmaq mümkün olmayacaq. Amma yəqin ki, Məhəmməd Əzizli onun işlərini görəcək.
- Komandanın yay hazırlıq planı müəyyənləşib?
- Komanda iyunun 17-də Qəbələdə bir araya gələcək. İki həftəlik hazırlıqdan sonra futbolçulara bir neçə günlük istirahət veriləcək. Daha sonra isə Türkiyə toplanışı olacaq. Yeni legionerlərin də məhz orada komandaya qoşulacağı gözlənilir.
- Neçə yoxlama oyunu nəzərdə tutulub və rəqiblər bilinirmi?
- Qəbələ toplanışında bir, Türkiyədə isə 3 yoxlama oyunu olacaq. Rəqiblər isə hələ bilinmir.
Elnur SALAHOV
"Qarabağ”ın Liqa mərhələsində ilk məğlubiyyəti
İlkay Gündoğandan böyük jest
Flikə verilən cəza qüvvədə qaldı - “El-Klasiko”da olmayacaq
Afrikada ilin futbolçusu adına namizədlər açıqlandı
Tahir Gözel oyundan əvvəl komandasına dəstək oldu
“Qarabağ”ın “Atletik”lə oyun üçün - Heyəti
Antuan Semenyo İngiltərə nəhənginin transfer hədəfində
Mark Quehi “Real”a keçə bilər
Elliot Andersona Premyer Liqanın 3 nəhəngi “elçi düşüb”
Levandovski “Mançester Yunayted”lə razılığa gəlib?
Yamal daha bir ilkə imza atdı
Birinci liqada 6-cı tura start verildi
"Qarabağ"ın U-19 komandası "Atletik"ə uduzdu
"Qalatasaray" ciddi itki ilə üzləşdi
"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
20 yaşlı futbolçu motosikletlə inəyə çırpılaraq vəfat etdi
"Futbolçularım məyus oldular" - "Kayrat"ın baş məşqçisi
"Zirə" 3 ay əvvəl aldığı futbolçunu göndərdi
Messi MLS-in tarixinə düşdü
Simeone 0:4-dən danışdı
"Qazaxıstandakı toplanış bizim üçün önəmlidir"
Azərbaycan boksçusu yarımfinala yüksəldi - Avropa çempionatı
Qurban Qurbanova İspaniyada sürpriz etdilər - Video
"Xankəndi" "Şəfa"ya şərik çıxdı
"Napoli" hələ belə uduzmamışdı
"Barselona"nın qol fırtınası - Video
"Qarabağ" "San Mames"də - Şəkillər
“Real” şikayət etdi
“DH Volley” komandası “Azerrail” üzərində qələbə qazanıb
“Bolonya”nın baş məşqçisi xəstəxanaya yerləşdirilib
Güləşçimiz dünya çempionu oldu
"Napoli"nin 180 azarkeşi Niderlanddan qovuldu
La Liqa prezidentindən "Real"a sərt cavab
Xabi Alonso Kenan Yıldızı təriflədi
“Neftçi” Abubakarla müqavilə imzaladı
"Xankəndi" 14:0 hesabı ilə qalib gəldi