"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq

"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
XƏBƏR 20 İyun 2026 / 15:43 1269
-  A +

Ötən gün xəbər verdiyimiz kimi, “Qarabağ”ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.  Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi MOİK-in əvəzinə yeni rəqib də tapıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Qarabağ" iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.

Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq  “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner