“Qarabağ”ın qapıçısı Vaqner Silva Topaz Premyer Liqanın 4-cü turunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, braziliyalı qolkiper əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
-Əvvəldən oyunun gərgin olacağını və müəyyən hissələrdə rəqibin bizə çətinlik yaradacağını gözləyirdik. Bəzən meydanda istədiyin alınmır. Buna baxmayaraq, özümüzü qələbə münasibətilə təbrik edirəm. Əsas odur ki, çətin oyunda vacib qələbə qazandıq.
- Bir çox məqamda komandanı qoldan xilas etdiniz. Xüsusilə bir epizodda möhtəşəm seyvlə yadda qaldınız. Həmin anı necə şərh edərdiniz?
- Ümumiyyətlə, belə şeyləri fərdiləşdirmək istəməzdim. Udanda da, uduzanda da bunu komanda şəklində edirik. “Qarabağ” böyük komandadır. Hər kəs öz işini görməyə çalışır. Oyun ərzində qapıya 2-3 zərbə gəlir. Həmin anda hazır olmalıyıq.
- Sentyabrın 20-də Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə qarşılaşacaqsınız. Rəqibi nə dərəcədə tanıyırsınız? Hansı üstün və zəif tərəflərini bilirsiniz?
- Doğru qeyd etdiniz. Həqiqətən rəqibi yaxşı tanıyıram. Dəfələrlə onlara qarşı oynamışam. “Sportinq” mənə xoş anları xatırladır. Bu komanda ilə bağlı xoş xatirələrim var. 9 dəfə bu komandaya qarşı oynamışam və cəmi 2 matçda məğlub olmuşam. Çətin oyun olacağı şübhəsizdir. Amma biz səfərə ümidlə gedirik ki, yaxşı nəticə qazanaq.
- “Boavişta”da oynadığınız son mövsümdə 2 dəfə “Sportinq”lə qarşılaşmısınız və hər ikisində uduzmusunuz. Necə düşünürsünüz, “Qarabağ” bu komandaya qalib gələ bilərmi?
- Hər iki məğlubiyyət məhz son mövsümə düşüb. Səfərdə oynamağımıza baxmayaraq, qələbə qazanmaq şansımız var. “Sportinq” ölkəsinin ən güclü klublarından biridir. Bunu deməyə ehtiyac yoxdur. Eyni zamanda, “Qarabağ” Azərbaycanın ən böyük komandasıdır. Onlar da bunu bilirlər, məlumatları var.
- “Qarabağ”da rəqabət apardığınız qapıçı Hannes Halldorsson milli komandada 2 oyuna 9 top buraxıb. Hazırda onun psixoloji durumu elə də yaxşı deyil. Necə düşünürsünüz, baş məşqçi “Sportinq”lə oyunda kimə şans verəcək?
- Bunlar futbolda təbii şeylərdir. Halldorssonun belə vəziyyətlərdən çıxmaq üçün kifayət qədər təcrübəsi var. Bu gün onun başına gələnlər sabah istənilən qapıçının başına gələ bilər. Ona görə də belə məsələlərə qarışmaq istəmirəm. O ki qaldı kimin oynayacağına, bu haqda da düşünmürük. Əsas məsələ səfərdə qələbə qazanmaqdır.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın