«Qarabağ»ın yeni transferi Admir Telinin Qol.Az-a müsahibəsi
- İkinci dövrənin ilk turunda «Bakılı» ilə matçda «Qarabağ»ın heyətində rəsmi debüt etdin. Təəssüratların necədir?
- İlk matçda meydana çıxdığıma görə sevinirdim. Şadam ki, baş məşqçi mənə ilk dəqiqələrdə meydana buraxdı. Mən də öz oyunumla onun etimadını doğrultmağa çalışdım. Sevinirəm ki, «Qarabağ»da debütüm uğurlu alındı. Hesab arasındakı fərq böyük olsa da, oyun çox maraqlı alındı.
- İlk matçdaca fərqləndin...
- Bu, sevincimi ikiqat artırdı. İlk oyunda qol vurmaq hər futbolçuya qismət olmur. Oyundan əvvəl qol vuracağımı ağlıma belə gətirmirdim. Çünki mən müdafiəçiyəm. Lakin imkan düşdü və mən də qolumu vurdum.
- Növbəti turda «Qarabağ»ı medallara iddialı «Olimpik»lə vacib oyun gözləyir. Həmin görüş haqda nə düşünürsən?
- «Olimpik»in oyununu izləməsəm də, bilirəm ki, güclü rəqibdir. Onlar da avrokuboklara düşmək uğrunda mübarizə aparırlar. Əminəm ki, «Olimpik»lə matç daha ağır keçəcək. Lakin həmin matçda da qələbə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.
- Yeni komanda yoldaşların haqda nə deyə bilərsən?
- «Qarabağ»da çox gözəl və mehriban kollektiv yığışıb. Heyətdə kifayət qədər güclü futbolçular var. Komandamızın kapitanı Aslan Kərimov, Zaur Ramazanov və Artim Şakiri çox təcrübəli futbolçulardır. Heyətdə yer alan oyunçuların yarısı təcrübəlilər, futbolda sözünü demiş oyunçular, digər yarısı isə gənclərdir.
- Baş məşqçiniz də gəncdir...
- Hə, Qurban Qurbanov da gəncdir. Lakin bilirəm ki, o, Azərbaycan futbolunda sözünü deyib. Bilirəm ki, vaxtı ilə milli komandanın kapitanı olub və eyni zamanda «Neftçi»də də çıxış edib. Onun səfərdə Serbiya millisinin qapısından iki top keçirməsindən də xəbərdaram.
- Ölkəmizə gəlməmişdən öncə, Azərbaycan futbolu haqda hansısa məlumatın var idi?
- Bəzi klublar haqda eşitmişdim. Konkret olaraq «Neftçi», «Xəzər-Lənkəran» və «İnter» kimi klubların mövcudluğundan xəbərdar idim. Lakin onların iştirakı ilə hansısa oyuna tamaşa etməmişdim. Təbii ki, «Qarabağ» haqda da məlumatım vardı. Çünki burada məndən qabaq Şakiri və Ramazani forma geyirdilər.
- Yəqin ki, «Qarabağ»dan təklif aldıqdan sonra da məhz onlarla məsləhətləşdin?
- Hə, elədir. Onlarla əlaqə saxladım və klub haqda məlumat topladım. Onlar da öz növbələrində «Qarabağ» haqda yalnız xoş sözlər söylədiklərindən təklifi məmuniyyətlə qəbul etdim.
- Yəqin ki, komanda yoldaşların arasında da elə həmyerlilərinlə münasibətin daha yaxşıdır?
- Düzdür, boş vaxtımın əsas hissəsini Şakiri və Ramazani ilə birgə keçirirəm. Ailəm burda olmadığından onlar üçün darıxıram. Həmyerlilərim isə məni darıxmağa qoymurlar. Onlarla birgə vaxtımı xoş keçirirəm. Amma «Qarabağ»ın bütün futbolçuları ilə dostluq edirəm. Çünki komandamızda hamı bir-biri ilə çox mehribandır.
- Digər klublardan hansınınsa oyununu izləməyə imkan tapmısan?
- «İnter»in oyununa baxdım. Bu komandanı çox bəyəndim. «İnter»in heyətində kifayət qədər güclü futbolçular çıxış edir. Düşünürəm ki, əsas rəqiblərimizdən biri də məhz elə bu komandadır.
- Ölkəmizə gəlməmişdən öncə «Hacettepe»də çıxış etmisən. Türkiyə futbolu ilə Azərbaycan futbolunu müqayisə edə bilərsən?
- Bu iki ölkənin futbolu arasında çox böyük fərq var. Xüsusən də təşkilatı baxımdan. Türkiyədə klublar daha peşəkardırlar. Stadionlar arasındakı fərq də böyükdür. Orada meydançalar daha yüksək səviyyədədir. Amma ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanda da bu cür problemlər aradan qalxacaq. Hər şey yüksək səviyyədə olacaq.
- Bəs maddi baxımdan necə, fərq böyükdür?
- Maddi baxımdan elə də böyük fərq yoxdur. Demək olar ki, şərtlər eynidir. Amma təbii ki, bu sözləri deyəndə mən «Qalatasaray» və ya «Fənərbaxça»nı nəzərdə tutmuram. Söhbət orta səviyyəli klublardan gedir.
- Sirr deyilsə, «Qarabağ»la bağladığın müqavilənin dəyərini açıqlaya bilərsən?
- Yox, buna ehtiyac görmürəm. Çünki bu müqavilə mənimlə klub arasında bağlanıb və onun dəyərini açıqlamaq düz çıxmazdı.
Modriçdən yeni uğur
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov
Qvardiola: “Ən yaxşı məşqçi ser Aleks Ferqyusondur”
"Neftçi" - "Sabah": Heyətlər
FIFA və UEFA Laportanın açıqlamalarını mənfi qarşıladılar
"Real"ın oyunçusuna "qırmızı" verən hakim cəzalandırılacaq
"Yuventus" onu azad agent kimi transfer etmək istəyir
Azərbaycan klubundan ayrıldı, ölkəsinə yollandı
"Şamaxı" - "Karvan": Heyətlər açıqlandı
Alonso "Real"da 16 ildən sonra bunu bacardı
Mahirin adı yenə sifariş ərizəsində yoxdur
Millimiz Avropa çempionatında 3-cü yeri tutdu
Müllerdən ABŞ klubunda uğurlu başlanğıc
"Benfika" - "Qarabağ" matçının hakimləri açıqlandı
Azərbaycanın basketbol millisi finalda uduzdu
Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər
Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var
Bakıda dünya çempionatı keçiriləcək
“Real” FİFA-ya şikayət edəcək
"İndi çempionluq haqda düşünmürük" - Filip Ozobiç
“Viləş” yenidən Azərbaycan futbolunda
Vüsal İsgəndərli Albaniya klubunda ilk qolunu vurdu
Kökçünün komandası böyük hesabla uduzdu
"Beşiktaş" "Başakşəhər"ə belə qalib gəldi - Video
2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət - “Qarabağ”ın rəqibləri
Zamiqin komandasından mövsümdə ilk qələbə
“Qalatasaray” istəyinə ikinci hissədə çatdı - Video
Rüfət oynadı, komandası “Hayduk”a qalib gəldi
Azərbaycan güləşçisi dünya çempionatının finalında