2019/2020 mövsümünün sonunda "Sumqayıt"la müqaviləsi başa çatan israilli futbolçu Əmir Ağayev ölkəsinin "ONE" nəşrinə müsahibə verib. Qol.az həmin müsahibəni ixtisarla təqdim edir.
- Azərbaycan pasportu aldıqdan və yerli klublardan birində oynadıqdan sonra ölkənin millisinə dəvət alacağınız gözlənilirdi. Buna nə dərəcədə yaxın idiniz?
- Mən artıq Azərbaycan millisinin heyətində idim. Mart ayında Lixtenşteyn və Malta ilə yoldaşlıq oyunları üçün yığmaya çağırılmışdım. Amma UEFA-ya göndərdiyimiz sənədlər vaxtında hazır olmadı. İsrailin olimpiya yığmasında oynadığım üçün pasportumu dəyişdirməli idim. Koronavirus oyunları dayandırdı. Mən isə ümumiyyətlə oynamadım. Hətta dəvət almadım. Halbuki yığmaya çağırıldığım üçün çox sevinmişdim. Sonradan isə klubdan mənə bunun reallaşmayacağını söylədilər.
- Məsələ artıq bağlanıb, yoxsa, bu, yenidən baş verə bilər?
- Mənə dediklərinə görə, Azərbaycanda oynamasam belə, yığmaya dəvət ala bilərəm. Ümid edirəm ki, bu, yenidən olacaq. Bu, mənə daha da stimul verə bilərdi. Pandemiya bütün planları pozdu.
- Klubdan sizinlə əlaqə saxlayırlar?
- Bəli, hər gün mənimlə danışırlar və daha aşağı maaşla komandada qalmağımı istəyirlər. Bu isə məni heç cür qane etmir. "Neftçi" klubundan da mənə zəng vurmuşdular. Dedilər ki, sənin oyununu bəyənirik və komandamızda görmək istəyirik. Amma onlar da büdcəni azaldıblar və daha ucuz oyunçular alırlar. Fikrimcə, bu variant da alınmayacaq. Hazırda vəziyyət belədir.
- Azərbaycan olmasa belə, karyeranızı ölkə xaricində davam etdirmək istəyirsiniz?
- Hazırkı vəziyyətdə heç nəyi istisna etmirəm. Amma hələlik ciddi təklif yoxdur. İsrailə yaxın ölkədə oynamaq istərdim. Amma mən burada ailəm və dostlarımda xoşbəxtəm. Böyük qızım deyir ki, Bakıya qayıtmaq istəmir. Bundan sonra mən nə deyə bilərəm?
“Milan”dan əzmkar qələbə
“Qalatasaray” sabiq futbolçusuna göz dikdi
"Sabah" "Neftçi"yə qalib gəldi
“Şəki Siti”nin evdə qələbəsi - Video
“İnter”in müdafiəçisi “Liverpul”la oyunu buraxa bilər
Yuri Vernidub “Neftçi”nin “Sabah”la matçını izləyir
“Real” Alonsonu onunla əvəzləməyə hazırlaşır
“Ayaks” Bakıya gəldi - Video
Suares “İnter Mayami” ilə sağollaşır, vətəninə qayıdır
"Sabah" - "Neftçi" - Heyətlər
“Real”ın futbolçusu sıradan çıxdı
“Qalatasaray” Fransaya ciddi itkilərlə yollanır
PSJ Safonovla bağlı qərarını açıqladı
"Real"dan Xabi Alonsoya şərt - Yoxsa gedəcək
"Qarabağ" - "Ayaks" oyununa nə qədər bilet satılıb?
"Qəbələ" - "Turan Tovuz": Heyətlər
MEDİA qalibləri açıqladı - QOL.az-ın əməkdaşı da var
“Qarabağ”a qarşı oynamaya bilərlər
"Napoli" 38 il sonra ilk dəfə...
Azərbaycanlı referi "Çelsi"nin oyununda
Açıqlaması gərginliyə səbəb oldu - "Liverpul"da qalmaqal
Son Hın Mini şantaj edən qadına həbs cəzası
Neymardan gələcəyi ilə bağlı açıqlama
"Qarabağ" - "Ayaks" oyununun hakimləri məlum oldu
Bekhem: "Messini buna görə gətirmişəm"