Andorralı futbolçudan dünya rekordu

Andorralı futbolçudan dünya rekordu
DÜNYA FUTBOLU 18 Noyabr 2019 / 17:55 6281
-  A +

Andorra millisinin kapitanı İldefenso Lima dünya rekordu müəyyənləşdirib.

Qol.az xəbər verir ki, 39 yaşlı müdafiəçinin rekordu Avro-2020-nin seçmə mərhələsinin 10-cu turunda Türkiyə ilə oyunda (0:2) qeydə alınıb.

Lima milli komandada ən uzun müddət çıxış edən futbolçu adını qazanıb. 1997-ci ildə Andorra yığmasında debüt edən Lima, 22 il 148 gün millinin şərəfini qoruyub.
Bundan əvvəlki rekord 22 il 145 günlə Ekvador millisinin üzvü İvan Hurtadoya aid idi.

Bundan başqa, Andorra millisi yığması tarixində ilk dəfədir ki, iştirak etdiyi bir turnirin seçmə mərhələsində qrup sonuncusu olmur. “Cırtdanlar” H qrupunu 4 xalla 5-ci sırada tamalayıb . Moldova millisi isə 3 xalla sonuncu olub.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın