"Neftçi"nin müdafiəçisi Ömər Buludov klubun rəsmi saytına müsahibə verib. Qol.az xəbər verir ki, ötən mövsümü və təlim-məşq toplanışını dəyərləndirən gənc futbolçu Avropa Liqasının oyunlarına ciddi hazırlaşdıqlarını bildirib.
- Ötən mövsüm sənin üçün çox uğurlu alındı. "Neftçi”nin əsas heyətində tez-tez yer aldın, əsas komandada ilk qolunu vurdun, həmçinin milli komandaya çağırıldın...
- Bəli, ötən mövsüm həqiqətən də mənim üçün uğurlu oldu. Əsas heyətdə oynamaq şansı verdilər və burada mövqeyimi möhkəmlətmək üçün çox çalışdım. İlk qolumu vurdum, əsas milli komandaya dəvət olundum. Bununla belə, təbii ki, bir gənc futbolçu kimi missiyamı bitmiş hesab etmirəm. Başa düşürəm ki, üzərimdə daha da çox işləyib, özümü sübut etməliyəm.
- Təlim-məşq toplanışı, demək olar, sona yaxınlaşır. Lazımi formanı yığa bilirsən?
- Bəli, optimal formamı yığmağa çalışıram. İnanıram ki, Avropa Liqasının ilk oyununadək tam hazır olacağıq. Toplanış maraqlı və səmərəli keçir. Məşqçilərin tapşırığını tam yerinə yetirməyə çalışırıq. Dünən "Politexnika İaşi" ilə oyunun hava şəraitinə görə yarımçıq qalmasına görə təəssüflənsək də, inanırıq ki, bu, hazırlığımıza mənfi təsir göstərməyəcək.
- İki həftədən sonra bizi Avropa Liqasında "Spetantsa" ilə oyun gözləyir...
- Ciddi hazırlaşırıq. "Spetantsa"nı məşqçilər korpusu ilə birlikdə analiz edirik. Bilirik ki, asan rəqib deyil, amma tapşırıqları düzgün yerinə yetirsək, mərhələni keçəcəyik.
- Ümumiyyətlə, yeni mövsümdən nə gözləyirsən?
- "Neftçi” həmişəki kimi yalnız çempionluq uğrunda mübarizə aparmalıdır. Ötən mövsüm öz səhvlərimizdən çempionluğu son turlarda əldən verdik. Təbii ki, bunu təkrarlamamalıyıq. Hamımız bunu yaxşı anlayırıq. "Neftçi” ailəsinə, bizi dəstəkləyən hər kəsə inanıram. İlk turdan sonadək birinci yer uğrunda mübarizə aparacağıq. Çempionluq üçün meydanda əlimizdən gələni edəcəyik.
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı
"Məğlubiyyətdən nəticə çıxaracağıq" - Rəşad Sadıqov
Zidan "Real"a qayıdacaq, ya yox?
"Turan Tovuz" - "Sabah": Heyətlər
Arda Gülerin bazar qiyməti 60 milyon avro artıb
"Şamaxı" - "Zirə": Heyətlər
“Qalatasaray” Rüdigeri transfer etmək istəyir
Luiş Kastronun yeni klubu açıqlandı
Rüstəm Əhmədzadə: “Dava olan tərəfə heç getmədim"
“Son illərin ən istedadlı oyunçusu sənsən, Nəriman!” - Video
İkardi “Milan”a keçə bilər
Ronaldo "Forsaj"a çəkiləcək
Rüfət Abdullazadənin komandası uduzdu
Superliqada 16-cı tur heç-heçə ilə start götürdü
Cəlal oynadı, komandası 1/4 finala yüksəldi
"Qarabağ"ın oyununun biletləri satışda
Oskar karyerasını başa vurur
Azərbaycan millisinin 4 boksçusu 1/4 finalda
Fransa klubunun yeni baş məşqçisi məlum oldu
Nərimanın atası danışdı
Alkantara İspaniya klubunun təklifini rədd etdi
La Liqanın ən bahalı futbolçuları
Elvin gündəm olan o uşağı ziyarət etdi - Video
"Brentford"un hücumçusu Premyer Liqada hamını qabaqladı
"İnter"in futbolçusu 1 ay oynamayacaq
Premyer Liqada ayın ən yaxşı məşqçisi açıqlandı
AFFA rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib - Şəkillər
"Liverpul"da Salah gərginliyi - Qərar sabah verilə bilər
"Real"dan Vinisiusa ultimatum