“Santos” klubunun Neymarla müqavilə imzalaması məsələsi təxirə salınıb.
QOL.az xəbər verir ki, 33 yaşlı futbolçunun yaxın vaxtlarda dizindən əməliyyat olunması xəbəri tərəfləri gözləmə mövqeyinə keçməyə məcbur edib.
“Planeta do Futebol” nəşrinin məlumatına görə, Neymarın atası kluba xəbərdarlıq edərək yeni müqavilənin imzalanması üçün cərrahi müdaxilənin tamamlanmasını gözləməyin daha düzgün olacağını bildirib. Tərəflər arasında imzalanacaq yeni sözləşmənin 2026-cı ilin ortalarına qədər nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, daha əvvəl Neymarın qarşıdan gələn Dünya Çempionatında iştirak şansını artırmaq məqsədilə xüsusi həkim müayinələrindən keçəcəyi barədə məlumatlar yayılmışdı.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər