AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.az-a müsahibə verib. Ölkə kubokunun yarımfinal mərhələsində bu gün keçiriləcək oyunlar barədə fikirlərini bildirən mütəxəssis Azərbaycan Premyer Liqasındakı çempionluq yarışını da dəyərləndirib.
- Bu gün ölkə kubokunda yarımfinal mərhələsinə start veriləcək. Əvvəlcə erkən final adlandırılan "Qəbələ" - "Qarabağ" oyunu barədə fikirlərinizi bilmək maraqlı olardı...
- "Qarabağ" gələn mövsüm yenə Avropada oynayacaq, bu, məlum məsələdir. Ölkə kubokunu qazanmaq şansları var. Çox güman ki, onlar da bunu istəyirlər. Düşünürəm ki, düz də edirlər. Çünki hər bir komanda bütün titullar uğrunda mübarizə aparmalıdır. "Qəbələ"yə gəldikdə isə onları çempionatda 3-cü pillədən 2 xal ayırır. Qarşıda 3 tur var. Həm Premyer Liqada, həm də kubokda Avropa Liqasına vəsiqə qazana bilərlər. Kubok oyunları çempionat matçlarından fərqlənir. Bu, hər zaman belə olub. Ona görə də əminliklə demək olmur ki, favorit kimdir. Kubokun mahiyyəti odur ki, zəif klub da sonda qalib gələ bilər. Odur ki, mən şansları bərabər qiymətləndirirəm.
- Bəs yarımfinalın digər matçı olan "Sumqayıt" - "Zirə" görüşü barədə nə düşünürsünüz?
- "Zirə" ilə "Sumqayıt"ın turnir cədvəlindəki mövqeləri göz qabağındadır. Əllərinə yaxşı şans düşüb, bundan yararlanmaq istəyəcəklər. "Sumqayıt" 1/4 finalda "Neftçi"ni mübarizədən kənarlaşdırdı. Hər iki klubun avrokuboklara vəsiqə qazanmaq şansı var. Amma onu da deyim ki, Avropaya getmək asandır, orada oynamaq isə çətin. Ona görə də kim gedəcəksə, hazır olmalıdır.
- Bildirdiniz ki, hər bir komandanın finala çıxmaq şansı var. Bəs reallığa qalsa, finala kimlər daha yaxındır?
- Təbii ki, əsas favorit "Qarabağ"dır. Buna heç bir şübhə yoxdur. Səhv etmirəmsə, bu yaxınlarda çempionatda da "Qəbələ"ni udublar. Digər cütlüyə gəldikdə isə, "Zirə"nin şansı çoxdur. Mən finalda "Qarabağ" və "Zirə"ni görürəm. Amma yenə deyirəm ki, kubok fərqli turnirdir. Sürpriz nəticələr də ola bilər.
- Bu mövsüm Premyer Liqada çempionluq uğrunda da gərgin mübarizə gedir. Çoxları düşünür ki, hər şey "Neftçi" ilə "Qarabağ" arasındakı son oyunda bilinəcək. Sizin proqnozunuz necədir?
- Məncə, çempionluğun taleyinə daha tez aydınlıq gələ bilər. Çünki "Neftçi"nin qarşıda "Qəbələ" ilə çətin oyunu var. Düzdür, "Qəbələ" iki cəbhədə mübarizə aparır, bir az işi ağır olacaq. Amma futbolçu üçün 3 gündən bir oynamaq çətin olmamalıdır, oynamalıdırlar. "Qarabağ"la müqayisədə, çempionatda "Neftçi"nin təqvimi bir az ağırdır. Ağdam klubu vaxtından əvvəl çempion ola bilər. Hər şey "Neftçi"nin özündən asılıdır.
- Aşağı sıralarda isə sonuncu olmamaq uğrunda "Sumqayıt" və "Keşlə" mübarizə aparır. Özünüz AFFA Məşqçilər Komitəsinin üzvüsünüz. Ümumiyyətlə, bu mövsüm Premyer Liqanı tərk edən klub olacaqmı?
- Açığı, bunu deyə bilmərəm. Çünki bu gün çox klub bir yerdən maliyyələşir. Ona görə də bu məsələ bir az qaranlıqdır. İdman prinsiplərini saxlamaq lazımdır. Bunun üçün isə birinci dəstədə olan klublar yaxşı maliyyələşsinlər, yaxşı infrastrukturları olsun. Bizdə isə elə şey yoxdur.
Elnur SALAHOV
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi
Musiala bu gün əməliyyat ediləcək
"Liverpul"un mövsümöncəsi məşqi təxirə salınıb
“Real” 23 illik rekordu yenilədi
Messi yenə rəqibi bir-birinə qatdı - Video
"Bavariya"da 756-cı - sonuncu oyun
Ayağı qırılan Musiala neçə ay oynamayacaq?
"Araz-Naxçıvan"ın rəqibi "Anderlext"lə qarşılaşdı
PSJ "Bavariya"ya belə qalib gəldi - Video
“Qalatasaray”a transferi gərçəkləşmək üzrədir
PSJ və "Real" yarımfinalda
Azərbaycan güləşçisi Avropa çempionu oldu
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı