20 yaşında Fransanın tarixinə düşdü

20 yaşında Fransanın tarixinə düşdü
DÜNYA FUTBOLU 22 Aprel 2019 / 11:34 3701
-  A +

Fransa Liqasının 33-cü  turunda keçirilən PSJ - "Monako" oyunu meydan sahiblərinin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub.

Qol.az xəbər verir ki,  3:1 hesablı qələbə qazandıqları görüşdə het-trik edən 20 yaşlı hücumçu Fransa çempionatının tarixinə düşüb.

Gənc forvard bu mövsüm çempionatda vurduğu qolların sayını 30-a çatdırıb ki, bu da rekord göstəricidir. O, 30 qol həddinə çatan ən gənc futbolçu olub. Mbappe keçmiş hücumçu Erve Revellinin rekordunu yeniləyib.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm ümumikdə 40 oyunda 36 qol vurub.

Son xəbərlər