"Arsenal"da ciddi itki

"Arsenal"da ciddi itki
DÜNYA FUTBOLU 19 Aprel 2019 / 12:20 1881
-  A +

"Arsenal" ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Aaron Remzi zədələnib.

Uelsli yarımmüdafiəçi Avropa Liqasının 1/4 finalının "Napoli" ilə cavab matçında sıradan çıxıb. Görüşün 34-cü dəqiqəsində zədələnən futbolçu oyunu davam etdirə bilməyib.

Oyundan sonra komandanın baş məşqçisi Unay Emeri Remzinin dizaltı vətərindən zədə aldığını və onun bir neçə həftə meydana çıxa bilməyəcəyini deyib. Britaniya mətbuatı isə futbolçunun 1-2 ay ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.

Qeyd edək ki, 2008-ci ildən London klubunda çıxış edən 28 yaşlı futbolçu iyulda - "Arsenal"la müqaviləsi başa çatdıqdan sonra "Yuventus"a keçəcək.

Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır