150 milyonluq müdafiəçi

150 milyonluq müdafiəçi
DÜNYA FUTBOLU 18 Aprel 2019 / 15:32 4539
-  A +

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti Xalidu Kolibalinin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli müəttəxəssis seneqallı futbolçunun satılmayacağını bildirib. Ançelotti 27 yaşlı oyunçunun təzminat məbləğini də açıqlayıb:

"Kolibali dünyanın ən yaxşı müdafiəçisidir. Bunu əminliklə deyə bilərəm. Qiyməti 150 milyon avrodur. Bizimlə 2023-cü ilə qədər müqaviləsi var. Onu satmaq fikrimiz yoxdur".

Qeyd edək ki, 2014-cü ilin yayında Beçika "Genk"indən 7 milyon avroya transfer olunan Seneqal millisinin üzvü Avropanın bir çox nəhəng klubunun diqqət mərkəzindədir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın