"İnanılmaz idi! Çox xoşbəxtəm. Oyunçularımla qürur duyuram. "Mançester Siti"ni gözəl oyuna görə təbrik edirəm. Amma bizim daha çox mübarizə apardığımızı düşünürəm. Oyunçularımın hamısı qəhrəmandır. Onlar meydanda xarakter göstərdilər".
Qol.az-ın məlumatına görə, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Paçettino Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab oyunundan (3:4) sonra deyib.
"Hər iki matç gərgin keçdi. Bərabər səviyyəli oyun idi. "Mançester Siti"yə üç qol vurmaq çətindir. Son Hın Min fantastik oynadı. Çempionlar Liqasında vurduğu iki qol onun səviyyəsini göstərir" - deyə o bildirib.
M.Poçettino Sterlinqin ofsayd səbəbindən ləğv edilən qolu haqda da danışıb: "Sterlinqin qolundan sonra ağlımdan çox şey keçdi. Məyusluq çox böyük idi, amma qərar dəyişdi. Futbolu buna görə sevirik".
Qeyd edək ki, "Tottenhem" iki oyunun nəticəsinə əsasən (1:0, 3:4) səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər