"Açığını desəm, “Qarabağ”la “Olimpiya” arasındakı oyunu izləmədim. Çünki həmin axşam ailə yeməyində idik".
Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Kukesi” klubunun baş məşqçisi Armando Kunqu deyib. Albaniya mətbuatına danışan mütəxəssis rəqibin kimliyinin önəmli olmadığını bildirib:
“Mən internetdə saytlara girib, bu oyunların hansı telekanallarda yayımlandığını tapmaq barəsində elə də yaxşı deyiləm. Amma klub oyunun videoyazısını hazırlayıb, hamımız birlikdə izləyəcəyik. Mənim üçün rəqibin kimliyi önəmli deyil.Çünki irəliyə getdikcə vəziyyət çətinləşir, daha güclü komandalarla qarşılaşırsan. Dünənki oyun da göstərdi ki, “Qarabağ” və “Olimpiya” demək olar ki, bərabər səviyyəli komandalardır”.
Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada keçiriləcək. Cavab matçı isə avqustun 1-də Bakıda olacaq. Hər iki görüşün başlama saatı 21:00-dır.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik