"Qələbə üçün daha bir barmağımı qıraram" - Rakitiç

"Qələbə üçün daha bir barmağımı qıraram" - Rakitiç
XƏBƏR 21 Aprel 2018 / 12:02 2821
-  A +

“İlk olaraq, həkimlərdən nə zaman oynaya biləcəyimi soruşdum. Artıq qayıtmışam və məşqlərdə öz üzərimdə işləmək istəyirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç deyib. Bir müddət öncə barmağı sındığı üçün əməliyyat keçirən və zədədən yenicə qayıdan xorvatiyalı futbolçu meydana çıxmaq üçün səbrsizləndiyini bildirib:

“Komanda yoldaşlarımla birlikdə olmağı, onlara kömək etməyi xoşlayıram. Buna görə də bəzən artıq istirahət ritminizi poza bilər.Oyunlara televizor və ya tribunadan baxmağı sevmirəm. Ona görə də kənarda meydandakından daha çox əsəbiləşirəm”.

Rakitiç İspaniya Kral Kubokunun finalında “Sevilya” ilə keçirəcəkləri görüşə də toxunub: “Sevilya” ilə oyunda meydana çıxmalıyam. Lazım gəlsə, qələbə üçün daha bir barmağımı qıraram”.

Qey edək ki, “Barselona” və “Sevilya” arasında final oyunu bu gecə saat 23:30-da keçiriləcək.

Son xəbərlər