Dino Ndlovu ÇL-in bombardirləri sırasında

Dino Ndlovu ÇL-in bombardirləri sırasında
GÜNDƏM 12 İyul 2017 / 11:50 6036
-  A +

"Qarabağ"ın futbolçusu Dino Ndlovu Çempionlar Liqasının bombardiləri siyahısına düşüb.

Qol.az-ın məlumatına görə, ÇL-in ikinci təsnifat mərhələsində "Samtredia" ilə ilk matçda dubla imza atan afrikalı hücumçu ən yaxşı bombardirlər siyahısında 2-5-ci pillələri bölüşdürür. Ancaq siyahıda olan Uroş Nenadoviç ("Alaşkert", Ermənistan), Selvi Vatnxamar ("Vikinqur Qota", Farer adaları) 2 qolu 2 oyuna, Jorje Pereyra ("Xibernians", Malta) isə 3 matça vurub. Onlardan fərqli olaraq D.Ndlovu cəmi 1 oyuna dubl edib.

Qeyd edək ki, hazırda ÇL-in ən yaxşı bombardiri Skott Kuiqlidir ("Nyu Seunts”, Uels). O, 3 oyuna 3 qol vurub.

Daha çox


Son xəbərlər