Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli şəxsi "Feysbuk" səhifəsində paylaşım edib.
Qol.az xəbər verir ki, 23 yaşlı hücumçu dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
O, beynəlxalq qurumları Dağlıq Qarabağ münaqişəsi və ermənilərin törətdiyi terror aktlarına obyektiv qiymət verməyə çağırıb.
"Dostluğumda müxtəlif ölkələrin, dinlərin və siyasi baxışların nümayəndələri var. Bir çox ölkələrdə olduğumu və fəxr etdiyim "Qarabağ"da oynadığımı nəzərə alsaq, bu, normal haldır. Həmişə tanışlarla söhbətlərimdə bu mövzulardan yayınmağa çalışmışam.
Amma 30 ildir davam edən münaqişə zəminindəki kədərli hadisələri gördükdən sonra bu gün üçün təsdiqlənmiş və dəqiqləşdirilmiş məlumatlardan istifadə edərək, əhatəmdəki insanlarla fikirlərimi bölüşmək istərdim.
Təəssüf ki, həqiqətləri kifayət qədər dərk edə bilməyən və və "fərqli" fikirlər səsləndirən adamların olduğu ortaya çıxdı. Qəribədir, amma mənfi mənada təəccübləndim. Qarabağdakı münaqişə ilə heç bir əlaqəsi olmayan dinc Gəncə şəhərinə edilən hücum da daxil olmaqla, 27 sentyabrdan bəri baş verən hər şeyi nəzərə alaraq, şübhəsiz, haqqım olan fikrimi bildirməyi lazım bildim.
Dünya ictimaiyyətinin Azərbaycandakı hadisələrə necə reaksiya verdiyini görəndə kədərlənir və məyus oluram. Yəni, komediyaçıların, porno-ulduzların və klounların sözləri BMT qətnamələrindən daha vacib olur? Niyə bütün dünya Amerikada Floyd və digər qaradərililərin ölümündən narahat olur, amma heç kim Xocalıda qətlə yetirilən 613 azərbaycanlını xatırlamır?
Bu gün olduğu kimi, Azərbaycana müharibə lazım deyildi. Çünki bu, seçim yolu deyildi. Bu, dünya ictimaiyyətinin Qarabağ məsələsinə mənfur münasibətinin nəticəsidir.
Fakt budur ki, müharibə əslində hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb oldu. Dünya ictimaiyyəti Ermənistan dövlətini hələ 1993-cü ildə dörd qətnamənin bütün bəndlərinə riayət etməyə məcbur etməli idi. Krım, Abxaziya və ya Cənubi Osetiya məsələsində olduğu kimi, mümkün olan bütün məcburi sanksiyalar tətbiq olunmalı idi.
İnsanlar, dövlətlər sizdən sülh tələb etdikləri halda özləri işğalçı qüvvələrin ordusunu gizli şəkildə silahlandırıb maliyyələşdirdikləri gerçəkliyindən daha kədərli nə ola bilər? Bunlar "4000 il əvvəl", "dinozavrlar dövrü"nə aid nağıllar deyil. İndi 2020-ci ildir.
Hələliksə müzakirə üçün bir sual: Evinizə kimsə girsə, nə edərsiniz? Mübarizə apararsınız, yoxsa 30 ilə yaxın məhkəmə qərarını və ya icrasını gözləməyə razı olarsınız"?, - futbolçu qeyd edib.
14 illik həsrət bitdi
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı