1949-cu ildə salınan həmin ot örtüyü nə az, nə çox, düz yarım əsr futbolçuların tapdağına davam gətirib. 2002-ci ildə dünya çempionatının seçmə oyunları ilə əlaqədar Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yenilənib. Həmin yenilikdən sonra arenanın yaşıl zolağı tez-tez korlanmağa başlayıb
***
Tofiq Bəhramovun adını daşıyan idman arenasının yaşıl meydanı barədə araşdırmaya sözardı
Dağ havası, bulaq suyu, zirvə qarı, ağac meyvəsi ilə tanınar…
Qala divarı, ev bünövrəsi, şəhər isə küçələri ilə…
Bəs stadion?
Təbii ki, azarkeş ehtiraslarının coşub-daşdığı yaxşı stadion ilk nöbvədə yaşıl xalı kimi meydana döşənən ot örtüyü ilə seçilir. Təbii ki, müasir dövrdə stadionda oturacaqdan tutmuş memarlıq elementlərinə qədər, tribunaların quruluşundan umumi tutumuna qədər hər şey mühüm əhəmiyyət daşıyır. Lakin bunların hamısının mərkəzində həm hərfi, həm də coğrafi mənada ortük dayanır. Nə qədər gözəl tikilir-tikilsin, yaxşı ot örtüyünə malik olmayan stadion idman arenası deyil, olsa-olsa memarlıq abidəsidir. Futbolçunun istedadını nümayiş etdirməsi üçün bu amil az əhəmiyyət daşımır.
Ötən həftə Qol. az saytında və “525-ci qəzet”də tanınmış tədqiqatçı-jurnalist Müsəllim Həsənovun “Bağırov stadiona necə ot əkdirdi. Respublika stadionun yaşıl örtüyü barədə tarixi faktlar” sərlövhəli araşdırma yazısı Bakının ən böyük idman qurğusunun inşasına, xüsusən yaşıl örtüyü ilə əlaqədar tarixinə işıq tutmaq baxımından çox böyük maraq doğurur. Yazının sosial şəbəkələrdə “bəyənmə” və “paylaşma” sayı da bunu deməyə əsas verir. Araşdırmadan məlum olur ki, paytaxtda stadion inşa etmək barədə keçən əsrin 20-ci illərindən ortaya çıxan ideyanı yalnız əsrin ortalarında reallaşdırmaq mümkün olub. Elə həmin araşdırmadan o da bəlli olur ki, paytaxt stadionu üçün həmişəyaşıl ot örtüyü əldə etmək heç də asan başa gəlməyib. Uzun müzakirə və mübahisələrdən sonra problemin həllinə o vaxtkı respublika rəhbəri Mircəfər Bağırov qarışıb. Müəllif yazır: “Arxivdə Azərbaycan K(b)P MK katibi M.C.Bağırovun 1948-ci il noyabrın 17-də Nazirlər Sovetinin sədri Quliyevə və Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Buzadkova ünvanladığı bir məktub var. Məktubda deyilir ki, “bu gün mən tikilməkdə olan stadiona baxdım, qeyd etməyi vacib sayıram ki, yaxın günlərdə biz bu tikinti ilə bağlı bütün kompleks məsələləri müzakirə etməliyik”.
Daha sonra Bağırov mətləb üstünə gəlir: “...Mənə dedilər ki, stadionun meydanı üçün yaşıl örtük seçilməsi üzərində hansısa komissiya və ya institut işləyir. Bu kimin ağlına gəlib, bilmirəm. Təcrübə aparmağa ehtiyac yoxdur. Ayrıqotu (rus dilində “pırey” - M.H.) ən yaxşı yaşıl örtük ola bilər... Xahiş edirəm müvafiq yoldaşlara tapşırasınız ki, on gün müddətində, maksimum iki həftə ərzində bu məsələ ilə bağlı əsaslı təkliflər versinlər”.
Müvafiq yoldaşların bu məsələ ilə bağlı Mircəfər Bağırova hansı təklifləri verdiklərini söyləmək çətindir. Amma 1951-ci il sentyabrın 16-da - Respublika stadionunun açılışı günü keçirilən “Neftçi” - “Spartak” (Vilnüs) oyununda qonaqların qapısına ilk qolu vuran əfsanəvi futbolçu Ələkbər Məmmədov hələ sağlığında bizimlə söhbətində demişdi ki, o vaxt stadionu yaşıllaşdırmaq üçün ot örtüyünü Lənkərandan gətirmişdilər. Torpaqla birlikdə kvadrat şəklində kəsilib xüsusi maşınlara yığılan ot örtüyü birbaşa maşınlardan götürülüb stadiona düzülürdü...”
Onu qeyd etmək lazımdır ki, müəllif çox aktual bir məsələyə toxunub, arxiv sənədləri əsasında maraqlı bir tarixçə açıqlayıb. Bu tarixçə onu deməyə imkan verir ki, 1949-cu ildə salınan həmin ot örtüyü nə az, nə çox, düz yarım əsr futbolçuların tapdağına davam gətirib. 2002-ci ildə dünya çempionatının seçmə oyunları ilə əlaqədar Tofiq Bəhramov adına Respublika stadionunda yenidən qurulma işləri aparılıb, o cümlədən ot örtüyü yenilənib.
Həmin yenilik ilk vaxtlar problem yaratmasa da, sonralar arenanın yaşıl zolağı tez-tez korlanmağa başlayıb. Ona görə də ölkəmizin ən böyük idman qurğularından olan respublika stadionunun son 15 ildə ot örtüyünün neçə dəfə dəyişdiyinin az qala hesabını itirmişik…
Əvvəlki illər bir yana, təkcə son bir ildə iki dəfə stadiona yeni ot örtüyü əkilib. Şübhəsiz ki, indi ot örtüyü Lənkərandan gətirilmir. Bəs xaricdən gətirilən yüksək keyfiyyətli, dünya standartlarına cavab verən ot örtüyü niyə iki gündən bir sıradan çıxır? Nə üçün bir nəfər cavabdeh, məsul şəxs çıxıb bunun səbəbini izah etmir? Bəlkə Hollandiyadan gətirilən ot keyfiyyətsizdir, bəlkə həmin ot Bakının iqlimi ilə uyğun gəlmir? Bəlkə düzgün əkilmir, bəlkə qulluq lazımi səviyyədə aparılmır?
Görünür ki, bu səbəblər də istisna deyil, çünki son vaxtlar ot örtüyünün bərbad hala düşməsi suyun keyfiyyəti ilə əlaqələndirilirdi. Nə olur-olsun, ancaq yaşıl örtüyün bu qədər tez-tez korlanmasını normal hal kimi qarşılamaq olmaz.
Bu yaxınlarda Avropa Liqası şərçivəsində Ağdamın “Qarabağ” komandası ilə qarşılaşan İsveçin "Göteborq" klubunun baş məşqçisi Andersson Frank komandasının məğlubiyyətinin əsas səbəbinin “qazon”un hədsiz dərəcədə keyfiyyətsizliyi ilə əlaqələndirdi və İsveç tərəfi oyundan dərhal sonra UEFA-ya yazılı şikayət etdi. İsveç klubunun futbolçularından Mikael Boman və Soren Riks sırf qazonun bərbad vəziyyətdə olduğuna görə zədələndiyini bildirib. Zədə almağı barədə danışan M. Bomanın dedikləri:
"Zərbə vurmaq istəyəndə ayağım qazona ilişdi. Bu, indiyə kimi oynadığım ən pis “qazon”dur. "Qarabağ"ın bu cür stadionda oynaya bilməsinə heyran oldum".
Düz sözə nə deyəsən? Stadionun durumuna görə ölkə çempionatında da bir neçə futbolçu zədə alıb. Bundan başqa, 2014-cü ildə Fransanın “Sent-Etyen” klubu ilə görüşdə “Qarabağ”ın braziliyalı legioneri Cumbinyo stadionun yarıtmaz vəziyyəti üzündən zədələnərək 1 il yaşıl meydanlardan kənarda qaldı…
Təxminən iki ildir ki, respublika stadionun vəziyyətinə “Qarabağ” klubunun səlahiyyət sahibləri cavabdehlik daşıyır. Lakin deyəsən ot örtyü problemini onlar da həll edə bilmirlər və bu yaxınlarda həmin məsələ ilə əlaqədar “Qəbələ” klubunda çalışan əcnəbi mütəxəssis dəvət edilib. Görülən işlərin lazımi səmərə verməsi barədə açıqlamalardan elə təsəvvür yaranır ki, problem yoluna qoyulub. Müəyyən fasilədən sonra “Qarabağ” həmin arenada Avropa Liqasının növbəti oyununda Yunanıstanın PAOK klubunu qəbul etdi.
Amma doğrudanmı problem yoluna qoyulub? Bu suala müsbət cavab vermək asan deyil.
Dünya şöhrətli Azərbaycan hakiminin adını daşıyan staduionun ot örtüyü məsələsində hər şeyin gümana qaldığı halda ümid etmək istərdik ki, nöbvəti dəfə həmin problemlə üzləşməyəcəyik...
Necə deyərlər, keçmiş olsun...
Süleyman QARADAĞLI
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi