Rəşad sabah oynayacaq?

Rəşad sabah oynayacaq?
XƏBƏR 19 Oktyabr 2016 / 18:00 4551
-  A +

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın kapitanı Rəşad Sadıqovun durumu haqda danışıb.

Qol.az-ın məlumatına görə, o, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, zədədən əziyyət çəkən Sadıqov PAOK-la sabahkı oyuna tam hazır olmasa da, meydana çıxmaq ehtimalı var:
 
“Yüz faiz deyə bilmərəm ki, Rəşad sabah oynayacaq, ya yox. Millidən zədəli qayıtmışdı. Yalnız dünən komanda ilə məşq edib. Sabahkı oyuna tam hazır olmasa da, heyətdə itkilər olduğundan, ola bilsin ona şans verdim. Həkimlər onun ağrılarının aradan qaldırılması üçün əlindən gələni etməlidilər. Ola bilsin, risk etdim”.

Qeyd edək ki, R.Sadıqov millimizin Norveçlə oyununda zədələnib.

Daha çox


Son xəbərlər
topaz banner