Tofiq Bəhramov adına Respublika Stadionu Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - PAOK oyununa hazırdır.
Qol.az-ın məlumatına görə, stadionun direktoru Şamil Quliyev "Report"a açıqlamasında bir müddətdir ot örtüyünün yararsız olması səbəbindən təmirə bağlanan mərkəzi arena tam hazır vəziyyətə gətirildiyini bildirib.
O, aramsız yağışlar yeni ot örtüyünə heç bir ziyan vurmadığını deyib. Hazırda arenanın ot örtüyü Qəbələ şəhər stadionuna qulluq edən ingilis Filip Şarplesin nəzarətindədir.
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - PAOK oyunu saat 21:00-da başlayacaq.
Yuxarı
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi