UEFA nümayəndəsi Bakıda

UEFA nümayəndəsi Bakıda
XƏBƏR 13 Oktyabr 2016 / 17:35 2724
-  A +

UEFA-nın Klubların Lisenziyalaşdırılması və və Maliyyə Fair Play şöbəsinin rəhbəri Andrea Traverso Bakıda səfərdədir.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu gün Andrea Traverso AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

Görüş zamanı Azərbaycanda lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb. Daha sonra Andrea Traverso, AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın Lisenziyalaşdırma qrupu üzvlərinin iştirakı ilə “Neftçi”, “Qəbələ”, “İnter” və “Qarabağ”klublarının  rəhbər şəxsləri arasında görüşlər keçirilib. Görüşlərin əsas mövzusu Maliyyə Fair Play tələblərinin və Lisenziyaşdırma qaydalarının klublar tərəfindən tələb olunan şəkildə yerinə yetirilməsi və tətbiqi, xüsusən maliyyə meyarlarının düzgün yerinə yetirilməsi ilə bağlı olub.

Andrea Traverso klubların qeyd olunmuş tələblərə əməl etməsinin vacibliliyini xüsusi qeyd edib və bununla bağlı tövsiyələrini verib.

UEFA nümayəndəsi Bakıda

 
UEFA nümayəndəsi Bakıda
 
UEFA nümayəndəsi Bakıda
 
UEFA nümayəndəsi Bakıda
 
UEFA nümayəndəsi Bakıda
 
UEFA nümayəndəsi Bakıda
 
UEFA nümayəndəsi Bakıda
 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

topaz banner