“Xal itkisini ağlımızdan keçirmirik – Şevçenko

“Xal itkisini ağlımızdan keçirmirik  – Şevçenko
XƏBƏR 5 Oktyabr 2016 / 00:46 4482
-  A +

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko DÇ-2018-in seçmə mərhələsində Türkiyə və Kosova ilə keçiriləcək oyunlar haqda danışıb.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə,  40 yaşlı məşqçi hər iki oyundan qələbə ilə ayrılmağı hədəflədiklərini deyib:

“Türk azarkeşlərin yaradacağı atmosferə tab gətirməliyik. Orada çox yaxşı azarkeşlər var. Ancaq biz iki oyundan  6 xal istəyirik. Xal itkisini ağlımızdan belə keçirmirik. Kosovanı da ciddiyə alırıq. Hər komanda sürpriz edə bilər. Bu qrupda hər bir komanda dünya çempionatına vəsiqə qazana bilər”.

Qeyd edək ki, Ukrayna millisi oktyabrın 6-da Türkiyə, 9-da isə Kosova ilə qarşılaşacaq.

Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner