Qvardioladan internet qadağası

Qvardioladan internet qadağası
XƏBƏR 4 Oktyabr 2016 / 17:47 3621
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola növbəti dəfə maraqlı qərarı ilə diqqət mərkəzinə düşüb.

Qol.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis futbolçulara  klubun bazasında internetdən istifadə etməyi qadağan edib.

Bu barədə Britaniya mətbuatına açıqlamasında komandanın futbolçusu Pablo Zabaleta məlumat verib.
Onun sözlərinə görə, yeməklə bağlı müəyyən tapşırıqlar verən  Qvardiola indi də internetdən istifadəyə icazə vermir.

Qvardiolanın futbolçuların bir-biri ilə daha çox ünsiyyətdə olması üçün bu addımı atdığı bildirilir.

Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner