İspaniya millisində itki

İspaniya millisində itki
XƏBƏR 4 Oktyabr 2016 / 00:47 2463
-  A +

İspaniya milli komandası itki ilə üzləşib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Bavariya”nın yarımmüdafiəçisi Xavi Martines DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrda keçiriləcək görüşlərdə İspaniya yığmasına kömək edə bilməyəcək.

28 yaşlı futbolçunun sol dizində problem var. Bu səbəbdən də Xavi Martines İtaliya (6 oktyabr) və Albaniya (9 oktyabr) ilə görüşlərdə meydana çıxmayacaq.

Qeyd edək ki, cari mövsüm Xavi Martines bütün turnirlər nəzərə alınmaqla, “Bavariya”nın heyətində 10 matçda forma geyib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner