Millimizin oyununa belçikalı hakim

Millimizin oyununa belçikalı hakim
XƏBƏR 3 Oktyabr 2016 / 19:19 2425
-  A +

19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Avstriya - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, oyunu Belçika Futbol Federasiyasından Conatan Lardo idarə edəcək. Ona Frederik Qodelayn (Belçika) və Vitis Snarskis (Litva) köməklik edəcək. Dördüncü hakim funksiyasını Manfredas Lukyançukas (Litva) yerinə yetirəcək.

Qeyd edək ki, Avstriya - Azərbaycan görüşü sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
13.09.26  23:13

Haalanddan yeni rekord

topaz banner