Di Matteo qovuldu

Di Matteo qovuldu
XƏBƏR 3 Oktyabr 2016 / 16:50 4803
-  A +

İngiltərənin “Aston Villa” klubu baş məşqçisi Roberto Di Matteo ilə yolları ayırıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb klubun uğursuz çıxışları olub.

Çempionşipdə mübarizə aparan Birmingem təmsilçisi hazırda 24 komanda arasında 19-cu pillədədir.
Komanda Di Matteonun rəhbərliyi altında  11 oyuna cəmi bir qələbə qazanıb.

Qeyd edək ki, 46 yaşlı italyalı mütəxəssis bu ilin iyun ayından “Aston Villa”nı çalışdırırdı.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner