Neftçi” ukraynalı məşqçi Aleksandr Deriberinlə müqavilə bağlayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 49 yaşlı mütəxəssis mövsümün sonuna qədər əsas komandanın məşqçisi vəzifəsində işləyəcək.
Aleksandr Deriberin 1967-ci il fevralın 25-də Maykop şəhərində anadan olub. Futbolçu karyerası ərzində "Drujba” Maykop (1985-1989, 1992-1993), "Spartak” Anapa (1990), "Ximik” Beloreçensk (1991) və "Etalon” (1991) klublarının şərəfini qoruyub. Ukraynanın "Nafkom” (2005-2007), "Zvezda” Kirovoqrad (2010-2011) və "Desna” (2011-2012) klublarında baş məşqçi vəzifəsini yerinə yetirib.
Köməkçi məşqçi kimi isə "Niva” (2004-2005) və Ukrayna U-17 milli komandasında (2004-2006, 2008-2010) işləyib.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım