“Qarabağ”ın rəqiblərindən fərqli nəticələr

“Qarabağ”ın rəqiblərindən fərqli nəticələr
XƏBƏR 3 Oktyabr 2016 / 00:19 2265
-  A +

Avroliqanın qrup məhələsində “Qarabağ”ın rəqibi olan "Slovan" və PAOK ölkə çempionatında növbəti oyunlarına çıxıb.

Qol.az xəbər verir ki, “Slovan” Çexiya çempionatının 8-ci turunda “Teplitse”ni sınağa çəkib. Matç “Qarabağ”ın rəqibinin 2:0 hesablı qələbəsi ilə bitib. Xallarının sayını 8-ə çatdıran “Slovan” 13-cü yeri tutur.

PAOK Yunanıstan çempionatının V turunda səfərdə “Veria”nın qonağı olub. Matç qolsuz bərabərliklə
tamamlanıb. 5 turdan sonra PAOK 5 xalla 8-ci pillədədir.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner