“Qarabağ”ın kapitanı Rəşad Sadıqov zədəsi haqda danışıb.
Qol.az-ın xəbərinə görə, bu gün Topaz Premyer Liqanın 7-ci turunda “Qəbələ”yə 0:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlama verən təcrübəli müdafiəçi deyib ki, zədəni bu həftə Avroliqada “Fiorentina” ilə oyun zamanı alıb.
“Sadəcə, vəziyyət elə idi ki, əvəzlənə bilmirdim. Çünki başqa mərkəz müdafiəçisi yox idi. Həm də məcburi bir dəyişikliyimiz olmuşdu. Ona görə də sonadək belə tamamladım. Matçdan sonra müayinədən keçərkən həkimlər problem olduğunu bildirdilər. Ona görə də “Qəbələ” ilə oyunu buraxmalı oldum. Üç gündür həkimlər millinin oyunlarına çatmağım üçün çalışırlar. Ümid edirəm ki, çatdıra biləcəklər”.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım