Əfsanəvi Şeva 40 yaşında!

Əfsanəvi Şeva 40 yaşında!
DÜNYA FUTBOLU 29 Sentyabr 2016 / 12:17 3555
-  A +

Bu gün təkcə keçmiş SSRİ məkanı və Ukraynanın deyil, dünya futbolunun da ən istedadlı nümayəndələrindən olan Andrey Şevçenkonun yubileyidir. O, 40 yaşını qeyd edir.

Andrey Şevşenko 1976-cı ilin sentyabrın 29-da Kiyev şəhərində doğulub. 1997-ci ildən başlayaraq əfsanəvi Valeri Lobanovskinin rəhbərlik etdiyi “Dinamo”nun heyətində möhkəmlənməyə başlayıb. 

O, 1999-2006-cı illərdə “Millan”da parlaq çıxışı ilə yadda qalıb (208 oyun, 127 qol). 2004-cü ildə dünyanın ən yaxşı oyunçusu olub.

Şevçenko “Çelsi”də də oynayıb (2006-2009, 48 oyun 9 qol). Bundan sonra yenidən “Milan”a qayıdıb (2008-2009,  18 oyun).

O, futbolçu karyerasının son illərini (2009-2012) yetirməsi olduğu Kiyev “Dinamo”sunda keçirib. 2012-ci ildə Avropa çempionatından sonra futbolçu karyerasına son qoyub.

Şeva Ukrayna millisində 111 oyuna 48 qol vurub.

Hazırda Ukrayna millisinin baş məşqçisidir.


Şevçenkonun ən yaddaqalan qolları



Qarabağ FK
Son xəbərlər
topaz banner