"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında ardıcıl 3 oyunda uduzduqları üçün ona və komandasına yönələn tənqidlərə münasibət bildirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, İngiltərə liqa kubokunda "Northampton"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bəzi insanların həm özünün məşqçilik karyerasını, həm də "MY"nın tarixini ləkələməyə çalışdıqlarını deyib:
"Futbol dünyasının eynşteynlərlə dolu olduğunu bilirəm. Sadəcə ötən turlardan sonra həm mənim 16 illik məşqçilik karyeramı, həm də "Mançester Yunayted"in möhtəşəm tarixini silməyə çalışdılar. Deyəsən, yeni futbol budur. Elə bil hamı futbolun Eynşteyni olub".
J.Mourinyo işlərini ən qısa müddətdə yoluna qoyacaqlarını bildirib. O, Premyer Liqada ard-arda doğma meydanda oynayacaqları görüşdə azarkeşlərdən dəstək istəyib.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi