"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 5-ci turunda AZAL-la oyundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Komanda keçirdiyi oyunlarda qapısını toxunulmaz saxlaya bilib. Bu, rəqib hücumçuların "dişsizliyi"dir, yoxsa müdafiə xəttiniz güclənib?
- Yenə çalışmaq lazımdır. Müdafiə xəttimiz yaxşı oyun nümayiş etdirir.
- Rafael Santosun adının iştirak ərizəsinə daxil edilməməsinin səbəbi nə idi? Ona da yol görünür?
- Xeyr. O, bizim inandığımız futbolçulardan biridir. Rafael bizə çox lazım olacaq.
- Komandanın yeni transferi Franyiçi də bu gün meydanda görə bilmədik.
- Onun ötən oyun səhvi olmamışdı. Düzdür, qol imkanlarından yararlana bilməmişdi. Ancaq onu meydana buraxıb, başqasını ehtiyatda saxlasaydım, yenə sual verəcəkdiniz ki, filan oyunçu niyə oynamadı?(gülür)
- Qismət Alıyev və Roman Hüseynovun oyununu necə şərh edərdiniz?. Nəzərə alaq ki, ikinci qolla yadda qaldı...
- Alıyev istədiyimiz kimi oynamadı. Amma bu o demək deyil ki, hər şey bitib. Biz səbrli davranmalıyıq. Əvəzetmə də bununla bağlı idi. İnanıram ki, Roman bizi yenə sevindirəcək.
- Roman Romanı qucaqlayanda nə hiss etdi?
- Belə anlarda futbolçular şən olurlar. Mən də onun kimi sevindim.
- Qarşıda sizi sıx qrafik gözləyir. Əsas diqqəti çempionata yönəldəcəksiniz, yoxsa "Maynz"la matçı düşünürsünüz?
- Biz turnirləri bir-birindən ayırmırıq. Bunu əvvəl də qeyd etmişəm. Hər ikisi bizim üçün vacibdir. Biz ilk növbədə "Sumqayıt"la oyunu düşünürük. Digər tərəfdən Avropa Liqasında oynamağımız böyük hadisədir. Rəqiblərimizin də hansı çempionatda oynadığını düşünmək lazımdır. Tək-tük komandalar olar ki, belə turnirlər onlar üçün vacib olmasın. Biz bütün oyunlarda çətin də olsa, qələbə qazanmaq istəyirik.
Mənbə: futbol11.az
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı